1.jpg
6 dekabr 2005

"Qarabağ həqiqətləri" silsiləsi nəşr edilib

Hər bir insanın probleminə, ictimaiyyətdə baş verən hadisələrə həssaslıqla yanaşan Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu mütəmadi olaraq müxtəlif sahələrə aid yeni layihələr hazırlayıb həyata keçirir. Yenicə nəşr olunmuş "Qarabağ həqiqətləri" silisiləsi həyata keçirilmiş layihələr sırasında xüsusi əhəmiyyətə malikdir.

 

YUNESKO-nun xoşməramlı səfiri kimi bu təşkilatın bütün tədbirlərində qaçqın və məcburi köçkün ailələrindən olan uşaqların təhsili və işğal olunmuş Azərbaycan torpaqlarında dağıdılan tarixi abidələrlə bağlı problemlərə toxunaraq beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan ərazisinin 20 %-nin Ermənistan tərəfindən işğal olunması məsələsinə yönəldən Mehriban xanım Əliyevanın rəhbərliyi ilə hazırlanan bu layihə əzəli Azərbaycan torpağı olan Qarabağ haqqında həqiqətləri dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq məqsədi ilə həyata keçirilmişdlir.

 

"Qarabağ həqiqətləri" silsiləsi aşağıdakı beş bukletdən ibarətdir:

1. "Qarabağın tarixi haqqında qısa məlumat";

2. "Qarabağ münaqişəsinin başlanması";

3. "Xocalı soyqırımı";

4. "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti";

5. "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri".

 

Qarabağın tarixi, Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin başlanması, onun nəticəsində ölkəmizə dəyən ziyan, xalqımızın yaddaşından heç vaxt silinməyəcək Xocalı faciəsi, ermənilərin dünyanın müxtəlif ölkələrində törətdiyi terror aktları haqqında faktları əks etdirən bukletlər beynəlxalq ictimaiyyət üçün nəzərdə tutulduğu üçün ingilis dilində nəşr olunublar.

Nəfis şəkildə tərtib edilmiş və yüksək poliqrafik səviyyədə çap olunmuş bukletlər fotoşəkillərlə zəngindirlər.