"Mehriban"


Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun müəllifi olduğu “Mehriban” adlı kitab Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya həsr olunub.


Kitabda Mehriban Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı fəaliyyəti, Vətənə və xalqa sevgisi, müxtəlif məsələlərə yanaşması, Azərbaycan Prezidentinin siyasətinə dəstək olaraq həyata keçirdiyi işlər əksini tapıb.


Kitabı maraqlı edən cəhətlərdən biri burada Mehriban Əliyevaya məxsus keyfiyyətlərin ayrı-ayrı hadisələrin fonunda təqdim edilməsidir.