"Qarabağ Xanəndələri" musiqi albomu

Heydər Əliyev Fondu Azərbaycan muğam sənətinin inkişafı və qorunması məqsədilə "Azərbaycan muğamları" layihəsi çərçivəsində "Qarabağ xanəndələri" musiqi albomunu nəşr edib.


Alboma “Qarabağ xanəndələri” adlı braşür və 24 Qarabağ xanəndəsinin ifasında muğam parçalarından ibarət 3 CD daxildir.  


Braşürdə layihənin müəllifi və rəhbəri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Qarabağ muğam məktəbi haqqında fikirləri öz əksini tapıb.


Alboma daxil olan 3 CD-də Şərqin bənzərsiz muğam ustalarından 24 sənətçinin - Cabbar Qaryağdıoğlunun, Keçəçi oğlu Məhəmmədin, Məşədi Məhəmməd Fərzəliyevin, Məcid Behbudovun, Seyid Şuşinskinin, Xan Şuşinskinin, İslam Abdullayevin, Bülbülün, Zülfü Adıgözəlovun, Əbülfət Əliyevin, müasir muğam ustalarının ifasında səslənən muğam parçaları yer alıb.


“Qarabağ xanəndələri” musiqi albomu azərbaycan, ingilis, rus, fransız, alman, italiyan dillərində nəşr edilib.