“Qabusnamə” kitabı

2009-cu ildə Heydər Əliyev Fondu bir çox Şərq ölkələrində məşhur olan “Qabusnamə” kitabını rus dilində nəşr edib. 2014-cü ildə isə Heydər Əliyev Fondunun 10 illik yubileyi münasibətilə kitab Azərbaycan və rus dillərində yenidən nəşr edilib.


“Qabusnamə” tərbiyəyə və etikaya aid mühüm məsələləri özündə ehtiva edən etik-didaktik əsərdir. Bu əsəri 1082-1083-cü illərdə Azərbaycanın cənubunda, indiki İranın şimalında yerləşən Gilan dövlətinin padşahı Ünsürülməali Keykavus oğlu Gilanşaha müraciətlə yazıb.


Nəsihət janrında yazılmış əsər üslubu sadə olmaqla yanaşı, canlı və əyləncəli ifadə edilmiş hekayələrdən, müdrik müəllif kəlamlarından ibarətdir.


“Qabusnamə” orta əsrlərdə hökmdarların, din xadimləri, elm adamları və müəllimlərin masaüstü kitabı olub. Bu əsər əsrlər boyu gənc nəslin tərbiyəsində mühüm rol oynayıb.