Ucar Rayon Mərkəzi Xəstəxanası

  • Layihə
  • Foto


Ucar Rayon Mərkəzi Xəstəxanası Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib. 2015-ci il oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xəstəxananın açılışında iştirak edib.

 

Xəstəxana üçün ayrılan 4,4 hektar torpaq sahəsinin 1,2 hektarında 4 korpusdan ibarət ikimərtəbəli kompleks tikilib. Kompleksə cərrahiyyə, terapiya, pediatriya, reanimasiya, ginekologiya, reanimatologiya, diaqnostika, fizioterapiya, qəbul şöbələri, konsultativ poliklinika, perinatal mərkəz, laboratoriya, təcili tibbi yardım stansiyası və inzibati korpus daxildir. Xəstəxana 118 çarpayılıqdır. Şöbələrin hamısı ən müasir tibbi avadanlıqla təmin olunub.



01_UCAR XESTEXANA.JPG