Xəzər rayonunun Zirə qəsəbəsindəki Müalicə Diaqnostika Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2008-ci il mayın 9-da mərkəzin açılışında iştirak ediblər.
Tamamilə yenidən qurulmuş bina iki mərtəbədən ibarətdir. Ən müasir avadanlıqla təchiz edilmiş mərkəzdə bütün müvafiq müalicə kabinetləri, terapiya və doğum söbələri, laboratoriya fəaliyyət göstərir. Binanın birinci mərtəbəsində uşaqlar və böyüklər üçün nəzərdə tutulan və gündə 50 nəfərə xidmət göstərə bilən poliklinika yerləşir. Mərkəzin ərazisində təcili tibbi yardım stansiyası da yaradılıb.