Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi

  • Layihə
  • Foto


Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilib və mükəmməl texnikailə təchiz olunub. 2011-ci ildə mərkəz istifadəyə verilib.


Ən müasir tibbi avadanlıqla təchiz olunmuş mərkəzin Qafqaz və Orta Asiya məkanında analoqu yoxdur. Heydər Əliyev Fondunun mərkəzə hədiyyə etdiyi “CUSA Excel” avadanlığı əməliyyatların daha uğurla aparılmasına geniş imkanlar açır. Bu nadir avadanlıq ultrason və aspirator funksiyaları nəticəsində qaraciyər transplantasiyası zamanı cərrahiyyə prosedurunu asanlaşdırır və toxumaların zədələnməsinin qarşısını alır.


Heydər Əliyev Fondu ilə Mərkəzi Neftçilər Xəstəxanasının əməkdaşlığı artıq uzun müddətdir davam edir. Fondun dəstəyi ilə mərkəzdə indiyədək 3 minə yaxın pasiyent müayinə olunub, 450 xəstə üzərində açıq ürək əməliyyatı aparılıb. Əməliyyatların 200-ü Mərkəzi Neftçilər Xəstəxanasında, 250-si regionlarda icra edilib.



001.JPG