Bakının Xətai rayonundakı “Gənclik” parkında ağacəkmə aksiyası keçirilib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və ailə üzvləri tədbirdə iştirak ediblər.
“Regional İnkişaf” İctimai Birliyinin və COP29 könüllülərinin qatıldığı aksiyada 1000 ədəd Eldar şamı ağacı əkilib.