2011-ci
ildə Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi ilə tanınmış Azərbaycan bəstəkarı Qara Qarayevin həyat və
yaradıcılığına həsr olunmuş “Qara Qarayev. Həyat və yaradıcılığı Azərbaycan Musiqi
Mədəniyyəti Dövlət Muzeyinin materiallarında” kitabı nəşr olunub.
Kitabda 700-ə yaxın sənəd vardır və onlar xronoloji qaydada düzülmüşdür. Təqdim olunan sənədlərin bir çoxu ilk dəfə nəşr olunub.