Azərbaycan xalçaları

  • Layihə


2011-ci ildə Heydər Əliyev Fondu Azərbaycan xalçaçılıq sənətindən bəhs edən “Azərbaycan xalçaları” kolleksiyasını nəşr edib. Kolleksiyaya broşür, 2 DVD və multimedia diski daxildir.


Broşürdə Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri haqqında ümumi məlumat və hər məktəbə aid xalçaların şəkilləri yer alıb.


Nəşrə daxil olan “Azərbaycan xalçaları” adlı DVD-də xalçaçılıq sənəti haqqında Heydər Əliyev Fondunun hazırladığı film təqdim olunur.


“Qarabağ inciləri” adlı multimedia diski Qarabağ xalçaçılıq məktəbinə həsr edilib. Diskdə Qarabağın tarixi, burada xalçaçılığın təşəkkülü, onun inkişaf mərhələləri, səciyyəvi xüsusiyyətləri haqqında ətraflı məlumat verilir.


Kolleksiyaya “Azərbaycana səyahət” adlı DVD də daxildir.


“Azərbaycan xalçaları” fransız, ingilis, rus, alman, italyan dillərində nəşr edilib. 


Kitabxanaya keçid