Görüşdük nə çətin, ayrıldıq,
ayrıldıq nə asan,
Hardasan, həyatım, varmısan,
varmısan, yoxmusan?
Mən səni izlədim, günah tək gizlədim,
gizlədim.
Hər səhər, hər axşam, hər gündüz,
hər gecə gözlədim.
Əlvida o günlər, ulduzlu gecələr, əlvida,
Ömrümdən nə qaldı,
nə qaldı vəfasız dünyada?
Əlvida o günlər, ulduzlu gecələr, əlvida,
Ömrümdən nə qaldı,
nə qaldı vəfasız dünyada?
Görüşdük nə çətin, ayrıldıq,
ayrıldıq nə asan,
Hardasan, həyatım, varmısan,
varmısan, yoxmusan?
Mən səni izlədim, günah tək gizlədim,
gizlədim.
Hər səhər, hər axşam, hər gündüz,
hər gecə gözlədim.
Əlvida o günlər, ulduzlu gecələr, əlvida,
Ömrümdən nə qaldı, nə qaldı,
nə qaldı vəfasız dünyada?
Əlvida o günlər, ulduzlu gecələr, əlvida,
Ömrümdən nə qaldı,
nə qaldı vəfasız dünyada?
Mən səni izlədim, günah tək gizlədim,
gizlədim.
Hər səhər, hər axşam, hər gündüz,
hər gecə gözlədim.
ƏLVİDA
Mus.: E.Sabitoğlu
Söz: Anar
Dörd dost, dörd ürək, dörd yoldaşıq biz,
Birdir arzumuz, istəklərimiz.
Hər gün suları tən yara-yara,
Birgə gedirik biz buruqlara.
Ayrılmaz dostlarıq biz,
Tükənməzdir qüvvəmiz.
Qarşımızda baş əyir
Mavi dalğalı dəniz.
Qarşımızda baş əyir
Mavi dalğalı dəniz.
La la lala lala lay lala
Lala lala lay lala
Lay lala, lay lala, lay
La la lala lala lay lala
Lala lala lay lala
Lay lala, lay lala, lay.
Günəş nur səpir yollarımıza,
Dostluq güc verir qollarımıza.
Dostluq solmayan baharımızdır,
Hər vaxt sədaqət şüarımızdır.
O kəs dünyada çox bəxtiyardır,
Sadiq, ayrılmaz dostları vardır.
Dərdi, sevinci birgə bölürlər,
Birgə qəm çəkib, birgə gülürlər.
DOSTLUQ
MAHNISI
Mus.: T.Quliyev
Söz: Ə.Əlibəyli
22 21
03:29
03:45