Hər şey gözəldir həyatda,
Sən bu gözəlliyi anlaya, duya bilsən.
Hər şey gözəldir həyatda,
Özün bir zərrə gözəllik yarada bilsən,
yarada bilsən.
Milyon-milyon yollara,
Talelərə, odlara
Tuşlayıb ümidləri.
Hərəmiz bir hədəfə,
Bir dəfə yaşayırıq,
Hərəmiz bircə dəfə,
Bir dəfə yaşayırıq,
Hərəmiz bircə dəfə.
Bu sevgi ömrümüzü
Nurlandırsın, isitsin
Qışda, baharda da,
Yağışlı gündüzlərdə,
Zülmətli gecələrdə,
Mavi axşamlarda,
Bəyaz şaxtalarda.
Bir dəfə yaşayırıq,
Hərəmiz bircə dəfə.
Bir dəfə yaşayırıq,
Hərəmiz bircə dəfə.
Hər şey gözəldir həyatda,
Özün bir zərrə gözəllik yarada bilsən.
Hər şey gözəldir həyatda,
Özün bir zərrə gözəllik yarada bilsən,
yarada bilsən.
Hər şey
gözəldİr
həyatda
Mus.: C.Quliyev
Söz: A.Abdullazadə
İntİzar
Mus.: Ş.Axundova
Söz: M.Atəş
Yenə sənsiz bu axşam
Yuxum qaçmış gözümdən.
Səni deyib durmuşam,
Xəbərim yox özümdən.
Hardasan, sevgilim,
Gəl, gəl, gəl, gəl.
Gözləyirəm yolunu.
Hardasan, sevgilim,
Gəl, gəl, gəl, gəl.
Sal boynuma qolunu.
Səmadan qopub düşən
Yanar bir ulduzam mən.
Sönüb odum, alovum,
Tənhayam, yalqızam mən.
Gecə yumur gözünü,
Gəl, gözümün işığı.
Tez ol yetir özünü,
Evimin yaraşığı.
Səmadan qopub düşən
Yanar bir ulduzam mən.
Sönüb odum, alovum,
Tənhayam, yalqızam mən.
32
02:57
03:20
31