Mehribanlıq səadətdir,
mehribanlıq səadətdir
Səadəti yaşadağın.
Ömrün şövqü məhəbbətdir,
Ömrün şövqü məhəbbətdir,
Məhəbbəti yaşadağın.
Ömrün şövqü məhəbbətdir,
Ömrün şövqü məhəbbətdir,
Məhəbbəti yaşadağın.
Üstümüzdən keçdi külək,
üstümüzdən keçdi külək,
Şən zarafat, şirin kələk.
Biz mehriban ailəyik, biz
mehriban ailəyik,
Gəlin, dostlar, deyək, gülək.
Biz mehriban ailəyik, biz
mehriban ailəyik
Gəlin, dostlar, deyək, gülək.
Mehrİban
aİləyİk
Mus.: T.Quliyev
Söz: F.Qoca
Məktəb
İllərİ
Mus.: A.Səmədzadə
Söz: K.Abiyeva
Geyimimiz, hüququmuz bir idi.
Şagird idi hamımızın adı da.
Elə bil ki, boyumuz da eyniydi.
Aman Allah, nə xoşbəxtdik biz onda.
Bir müəllim töhmətiydi dərdimiz.
Bir töhmətdən için-için yanırdıq.
Hələ onda bilmirdik ki, bunu biz
Bir gün necə həsrət ilə anarıq.
Dünya hələ bizim üçün nağıldı,
Min arzuyla alışırdıq, yanırdıq.
Özümüzü biz hamıdan ağıllı,
Özümüzü nə bəxtəvər sanırdıq.
Məktəb illəri,
Ömrümün ən şirin, duyğulu, qayğısız günləri.
Hər anı bir ömrə bərabər sevimli günləri,
Ən təmiz arzulu günləri.
Hələ onda bu dünyanın şərindən,
Yalanından xəbərimiz yox idi.
Qəm-qüssəmiz, kədərimiz bir damcı,
Hələ onda sevincimiz çox idi.
Yazılanı bir silgi ilə pоzmaq da,
Bizim üçün nə asandı, nə asan.
Xəbərsizdik ömrümüzə biz hələ,
Tale yazan pozulmayan yazıdan.
Dünya hələ bizim üçün nağıldı,
Min arzuyla alışırdıq, yanırdıq.
Özümüzü biz hamıdan ağıllı,
Özümüzü nə bəxtəvər sanırdıq.
4
01:11
04:56
3