14 13
05:13
03:19
Sən gəlməz
oldun
Mus.: Ələkbər Tağıyev
Söz: M.Gülgün
Deyirdin baharda görüşərik biz,
Bahar gəldi-getdi, sən gəlməz oldun.
Deyirdin baharda görüşərik biz,
Bahar gəldi-getdi, sən gəlməz oldun.
Bəs nələrə dəydi, sındı əhdimiz?
Aylar gəldi-getdi, sən gəlməz oldun,
Sən gəlməz oldun,
Sən gəlməz oldun,
Sən gəlməz oldun.
Gözləyirəm mən, sən gəlməz oldun,
Sən gəlməz oldun.
Deyirdin qapına qonaram quş tək.
Quşlar gəldi-getdi, sən gəlməz oldun.
Deyirdin qapına qonaram quş tək.
Quşlar gəldi-getdi, sən gəlməz oldun.
Yaşamaq eşqilə vəcdə gələk.
Quşlar yuva qurdu, sən gəlməz
oldun.
Sən gəlməz oldun,
Sən gəlməz oldun,
Sən gəlməz oldun.
Gözləyirəm mən, sən gəlməz oldun,
Sən gəlməz oldun.
Qurban adına, bir sal yadına.
Sənin oduna, a gülüm, yandım bilmədin.
Nədir bu hicran? Səni hər zaman,
Əziz, mehriban, a gülüm, sandım, bilmədim.
Gərək biləydin, deyib güləydin.
Qurban adına, bir sal yadına.
Sənin oduna, yandım bilmədin.
Yetər qüssə, qəm, mən səni hərdən
Könlümə həmdəm, a gülüm, sandım, bilmədin.
Səndən ötəri bir yaz səhəri
Çox gözəlləri, a gülüm, dandım, bilmədin.
Gərək biləydin, deyib güləydin.
Qurban adına, bir sal yadına.
Sənin oduna, yandım bilmədin.
Ellər gözəli, səni görəli,
Çiçəyi, gülü, a gülüm, dandım, bilmədin.
Gülər üzünü, şirin sözünü,
Ala gözünü, a gülüm, andım, bilmədin.
Gərək biləydin, deyib güləydin.
Qurban adına, bir sal yadına.
Sənin oduna, yandım bilmədin.
Qurban adına, bir sal yadına.
Sənin oduna, yandım bilmədin.
Qurban
adına
Mus.: S.Rüstəmov
Söz: S.Rüstəm