18 17
04:35
02:35
Sevgİlİ
canan
Mus.: Ü.Hacıbəyov
Söz: N.Gəncəvi
Hüsnün gözəl ayətləri, ey sevgili canan.
Olmuş bütün aləm də sənin şəninə şayan.
Gəl eylə nəvaziş, gəl eylə nəvaziş
Mənə ver busə ləbindən.
Çünki gözəlin busəsidir aşiqə ehsan.
Çünki gözəlin busəsidir aşiqə ehsan.
Sordumki, könül, hardadır, aldımbu cavabı,
Heç sorma, tapılmaz, onu axtarsa da insan.
Rəhm eylə dedim gəl,
Rəhmeylə dedim, sel kimi göz yaşımı tökdüm.
Gəl qanım ilə oynama, ey afəti-dövran.
İnsafın əgər var,
İnsafın əgər var isə, söylə bu Nizami
Sənlə necə rəftar eləsin,
Ey mahi-taban?!
Sənlə necə rəftar eləsin,
Sevgili canan?!
Gəl, sevgili canan!
Ay sevgilim, çağır məni,
Gəlim sizə qonaq olum.
Əsim səhər yeli kimi,
Saçında daraq olum.
Sevgilim, küsmə gəl, de bir, nədir günahım.
Ümidimi üzmə gəl, təkcə sənsən pənahım.
Sevgilim, sevirəm, sənsən həyatımmənim.
Sevgilim, sevirəm, sənsən qanadımmənim.
Qələm olsam, varağım ol,
Susuz olsam, bulağım ol.
Sən evim ol, otağım ol,
Mən yanar çıraq olum.
Qələm olsam, varağım ol,
Susuz olsam, bulağım ol.
Sən evim ol, otağım ol,
Mən yanar çıraq olum.
Sevgilim, küsmə gəl, de bir, nədir günahım.
Ümidimi üzmə gəl, təkcə sənsən pənahım.
Sevgilim, sevirəm, sənsən həyatımmənim.
Sevgilim, sevirəm, sənsən qanadımmənim.
Sənsən
həyatım
Mus.: Ə.Tağıyev
Söz: N.Həsənzadə