QAZAX
Qazax xalçaçılıq məktəbi Azərbaycanın qərbində yerləşən
Qazax rayonunu, Gürcüstan ərazisində azərbaycanlılar yaşayan
Borçalı, Qarayazı, Qaraçöp, Qaçağan və Ermənistan ərazisində Göyçə,
Bəmbak, Ləmbəli, İcevan, Qaraqoyunlu və Göyçə gölü ətrafındakı
məntəqələri əhatə edir. “Borçalı”, “Şıxlı”, “Qarayazı”, “Qaçağan”,
Salahlı”, “Qaymaqlı” və s. Qazax xalçaçılıq məktəbinin ən məşhur
xalça kompozisiyalarıdır. Bu məktəbin xalçalarında az rənglərlə olduqca
ahəngdar kolorit yaradılır.
Qazax xalçalarının naxışları hələ orta əsrlərdə Avropa
rəssamlarının diqqətini cəlb etmişdir. XV əsr italyan rəssamı Karlo
Krivellinin “Müjdə” əsərində bu xalçaçılıq məktəbinin nümunəsinin
təsviri verilmişdir.
XIV-XIX əsrlərə aid Qazax xalçaçılıq məktəbinin nadir
nümunələri Londondakı “Viktoriya və Albert”, Nyu Yorkdakı
Metropoliten”, İstanbuldakı “Türk və islam əsərləri” və dünyanın digər
muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır.