NAXÇIVAN
Qədim zamanlardan Azərbaycanın əsas incəsənət, ticarət
və mədəniyyət mərkəzlərindən biri hesab olunan Naxçıvan burada
hazırlanan dekorativ-tətbiqi sənət nümunələri ilə tanınmışdır. Xalçaçılıq
bu regionun aparıcı istehsal sahələrindən biri idi.
Naxçıvan, Şahbuz, Ordubad və Culfa yun və ipəkdən hazırlanan
xovlu və xovsuz xalçaların toxunduğu mərkəz hesab olunurdu.
Burada, Qarabağda olduğu kimi, “dəst-xəli-gəbə” adlanan
xalçalar və ölçüsü 2 kv. metrdən 20-30 kv. metrədək olan xalılar
toxunurdu. Naxçıvan xalçaçılıq məktəbinə üzərində həndəsi, nəbati və
zoomorf naxışlar olan zolaqlı nazik və uzun xalçalar xasdır. Zəngin və
müxtəlif kompozisiya həlli ilə seçilən “əjdahalı” silsiləsindən olan və
XVII-XVIII əsrlərə aid Naxçıvan xalçaları hazırda İstanbul muzeylərində
saxlanılır.