ŞİRVAN
Şirvan xalçaçılıq məktəbi Azərbaycanın şimal-şərqində yerləşən
Şamaxı, Mərəzə, Ağsu, Kürdəmir, Hacıqabul, Göyçay və onların ətraf
kəndlərini əhatə edir. Şirvan xalçalarının zəngin və mürəkkəb naxışlı
kompozisiyaları orta əsrlərdən məşhurdur. Şirvan xalçalarının bədii
dəyəri haqqında XVI-XVIII əsr alman, ingilis tacirləri, səfirləri öz
gündəliklərində qiymətli məlumatlar vermişlər. XII-XV əsrlərə aid olan
Şirvan xalçalarının nümunələri dünyanın bir çox aparıcı muzeylərində
saxlanılır. Bu xalçalar hələ XIV-XV əsrlərdə Avropa rəssamlarının
tablolarında təsvir edilmişdir. Şirvan xalçalarının əsas xüsusiyyətlərindən
biri onların geniş ölçülü, yüksək sıxlığa malik olması və bəzi hallarda
dəst-xəli” formasında toxunmasıdır.
Ərciman”, “Cəmcəmli”, “Qabıstan”, “Mərəzə”, “Kürdəmir”,
Şirvan”, “Qəşəd”, “Sor-sor”, “Hacıqabul”, “Qəbələ”, “Salyan”,
Pirhəsənli”, “Nabur”, “Cəyirli” və s. kompozisiyalı xalçalar bu məktəbin
ən məşhur xovlu xalçalarındandır. Kataloqda yer alan “Ərciman”
xovlu xalçası öz adını toxunduğu Ərciman kəndindən almışdır. Şirvan
həmçinin xovsuz xalçaları ilə, xüsusən də Paşalı və Udulu kəndlərində
toxunan kilimləri ilə, eləcə də xalça məmulatları ilə – məfrəş, xurcun, çul,
yəhərüstü və s. ilə məşhurdur.