104
dilləndi: “Vaqif Mustafazadə ekstra səviyyəli pianoçudur və dünya cazında onun tayı-
bərabəri yoxdur. Mənim nə vaxtsa eşitdiklərim sırasında o, ən lirik pianoçudur”.
İndi qayıdaq gələk vəd etdiyimizin üstünə: nə üçün Gerşvinin
The Man I Love
möv-
zusu Vaqifin musiqi həyatının
proqramına
çevrilmədi?
Mustafazadəni tez-tez Bill Evanslamüqayisə eləyirdilər. Və bu haqda dəfələrlə danışıblar,
yazıblar: “Mustafazadənin ifası həmişə gözlənilməz kompozisiya tapıntılatı və yeniliklə
doludur. Onun manerası Amerika pianoçusu Bill Evansın ifa tərzinə çox yaxındır”.
65
İlk
baxışda, sanki hər şey düppədüzdür, yerli-yerindədir. Vaqifin sevimli pianoçularından
biri idi Evans; onun bənzərsiz üslubunu öyrənirdi, bu musiqiçinin kompozisiya istedadı
qarşısında baş əyirdi. Belə bir musiqiçi ilə müqayisə, əlbəttə ki, fəxr sayılmalıydı. Amma
öz yaradıcılığında o, nə ikinci Evans oldu, nə də ikinci bir başqası. Baxmayaraq ki, özü
etiraf edirdi: “Mənim xoşuma gəlir Evans, Monk, Brubek, Piterson üslubunda çalmaq.
Onlar böyük usta ifaçılardır və bu insanlardan nəyisə öyrənmək olar”.
66
Kinorejissor Əzim Sadıxovun balaca bir filmi var Rüstəm İbrahimbəyovun ssenari-
si əsasında: “Alovlanan qəlbin ritmləri” (1991). Hə, bax, bu film həsr olunub Vaqif
Mustafazadəyə. Filmin bir epizodunda Vaqifin cavanlıq dostu Oleq Nazarov belə bir
fikir deyir, yox, demir, hansısa mühüm bir faktı təsdiqləyir sanki: “Vaqif artıq iyirmi
yaşında əla musiqiçi idi. Sadəcə, bu haqda çox az adam bilirdi. O elə hoqqalar çıxa-
rırdı ki... Birdən oturub Evans kimi çalırdı, birdən Monk kimi... Vaqif onların hamısını
daxildən tanıyırdı”.
Lakin... iş maneranın öyrənilməsi və ilkin yamsılamalardan o yana getmədi. Və heç
gedə də bilməzdi! Olsun ki, əgər Vaqifin həyatında muğam olmasaydı, o, özü üçün
elə hey çalacaqdı: çalacaqdı gah Evans kimi, gah Brubek, gah Monk, gah da Piterson
kimi. Di gəl ki, muğam Mustafazadənin musiqi təfəkkürünün mənbəyi idi, başlanğıc-
ların başlanğıcı idi: muğam vəziyyətindən və ovqatıından asılı olmayaraq onun içində
yaşayırdı. Və o, bundan heç yana qaça bilməzdi.
Sanyaslar (hindu müqəddəsləri) heç vaxt eyni ağacın altında iki dəfə yatmırdılar;
istəmirdilər ki, bir yerə, bir ağaca öyrəşələr; qoymurdular ki, onlarda ağaca qarşı,
həmin o yerə qarşı bir münasibət, bir hiss, bir duyğu oyana. Vaqif də qanı qanından,
canı canından olan elə həmin bu muğam ağacı idi. O, muğama münasibətdə nə
bağlılıq duyurdu, nə simpatiya, nə də minnətdarlıq. Mümkündürmü ki, özünə qarşı
minnətdar olub simpatiya bəsləyəsən?
Mustafazadəni tez-tez Bill Evansla
muqayisə eləyirdilər.