9
Caz və muğam. Deyirlər ki, həqiqəti bilmək və başa düşmək onu sübut etmək
və əsaslandırmaqdan daha asandır. Deyirlər ki, həqiqət öz sübutundan hər
zaman bir addım irəlidədir. Və bunu da deyirlər ki, sənətdə həqiqət hansısa
üst-bilgini kəşf etmək, aşkarlamaqdır, ona bilincaltı səviyyəsində yiyələnməkdir,
onu mənimsəməkdir.
Caz və muğam.
Non datur tertium
(
lat.) – üçüncü verilməyib. Bax, elə Vaqif
Mustafazadənin bütün həyatı məhz bunun haqqındadır.
Vaqifin məşhur pyeslərindən biri “Mart ayı” adlanır. Heç də əbəs yerə yox. Martda
Vaqif doğulub çünki. Çünki mart işıqlı Novruz səhərlərinin ayıdır. Yumşaq, zərif,
həqiqətən, bahar pyesidir “Mart ayı”. Ümumiyyətlə, yaz Mustafazadə üçün
xüsusi energetikaya malik bir dövr idi, yaradıcılıq coşqusu və təcəssüm bolluğu
ilə müşayiət edilən bir mərhələ idi; elə bir mərhələ idi ki, bu vaxt hər hansı bir
yaradıcılıq coşqusu və ya təcəssüm manerası öz gözlənilməzliyi, bənzərsizliyi
və səslənmə müxtəlifliyilə təəccübləndirirdi, heyrətləndirirdi; necə ki, tutalım,
eyni bir əkin sahəsində, eyni bir iqlim şəraitində, eyni günəşin eyni şüaları, eyni
yağışın eyni damcıları altında ətri, şirəsi, görünüşü bir-birinə oxşamayan müxtəlif
ağacların, güllərin, otların bitməsi təəccübləndirir, heyrətləndirir adamı. Vaqif
inanırdı ki, “bahar öz məna və müxtəlifliklər tutumuna görə adi oyanışdan daha
zəngindir. Yaz öz içində xeyirli və müdrik nələrisə saxlayır. Bunu biz insanlar
ona şamil eləmirik, baharın xislətindədir bu müdriklik, bu xeyir ”.
3
Ehtimal ki, yaz
xeyri və müdrikliyi
,
onu ilhamlandırıb ki, 1978-ci ilin baharında Azərbaycan
Dövlət Filarmoniyasının səhnəsində öz “Muğam” qrupu ilə birgə milli cazın
inkişafından ötrü üç tarixi konsert versin. Mübaliğəsiz-filansız
tarixi
konsertlər
idi bu konsertlər.
Bu konsertlər təkcə Vaqifin özünün eksperiment və uğurlarını göstərmədi, həm
də milli ənənədə mövcud özəl məqamları eyhamlaşdırdı və sonrakı axtarışların,
tapıntıların əsas vektorunu müəyyənləşdirdi. Dinləyicilərlə ağzınacan dolu
zallarda gerçəkləşmiş məhz bu çıxışlar Azərbaycan cazının əsl caz-muğam
simasının aşkarlanmasına yardımçı oldular.
Musiqidə hər bir axtarışın miqyası tarixilik baxımından hüdudludur. Bu hüdud
musiqi tarixinin yeni başlanğıc dönəmilə müəyyənləşir: onun bir üzündə
köhnənin finalı oynanılır, digər üzündə yeninin ərəfəsi. Belə ki, bu hüduddan
öncə nə vardısa, nə hazırlıq olmuşdusa, nə yaşanmışdısa, bu, yalnız bizim