108
Tiflisdə “Qafqaz” triosu ilə birlikdə o, özünün ilk yarımsaatlıq diskini yazdırır və ilk
növbədə, “Səhər”, “Neft daşları” kimi bəlli olan kompozisiyaları.
Orero” ilə əməkdaşlıq eləyə-eləyə o, qastrol həyatının hər üzünü görür, əziyyətlərini
yaşayır, təcrübəsini qazanır, geniş seyrçi auditoriyası ilə ünsiyyətin vərdişlərinə
yiyələnir.
Nəhayətdə, Gürcüstan, Tiflis təkcə gözəl gürcü qızını hədiyyə eləmədi Vaqifə, həm
də ona əsl həmfikir, silahdaş, köməkçi bağışladı: Elza elə bir qadın oldu ki, Vaqifin
həyat və yaradıcılığının ən müxtəlif dönəmlərində ona arxa dayandı, bu dahi insanı
hər işində dəstəklədi.
Vaqif Tiflisi özünün gənclik şəhəri adlandırırdı, onun musiqi simasını formalaşdırmış
şəhər adlandırırdı, romantika və dostlar şəhəri adlandırırdı. Bura o, tez-tez qayıda-
caq həm konsertlər verən musiqiçi kimi, həm festivallar iştirakçısı kimi, həm də əziz
dost kimi. Və Tiflisə hər yeni dönüşündə tam əmin olacaq ki, burada onu sevirlər,
gözləyirlər və dəyərləndirirlər.
Mustafazadə Tiflisə çox borcluydu: çox şey qazanmışdı gürcülərin paytaxt şəhərindən.
Amma nə qədər Tiflisdən almışdısa, bir o qədər də əvəzini vermişdi ona. Tək bircə
Vaqif istedadının çoxtərəfliliyi və özünəməxsusluğu bəs edirdi ki, onun ətrafına gür-
cü musiqiçilərinin gənc nəsli toplaşsın. Onun işinə peşəkar münasibəti və ustalığı
nümunəvi sayılırdı. Kütlə ilə yığışırdılar Vaqifin evinə, lent yazılarına qulaq asırdılar,
gecəyarıyadək ləngiyirdilər, ehtiraslı mübahisələr aparırdılar... və birdən susurdular,
elə ki evin sahibi başlayırdı danışmağa, müxtəlif və bənzərsiz rəyləri yekunlaşdırıb
fikir yürütməyə... Əgər bundan sonra da debatlar bitmirdisə, Vaqif keçirdi fortepia-
no arxasına. Bu mütləq və təkzibedilməz bir arqument olduğundan daha heç kəsin
dinməyə hünəri çatmırdı.
Bunların sırasında daha çox rəğbət doğururdu sovet cazının gələcək ulduzu David
(
Dato) Caparidze və bir də caz musiqisinin ehtiraslı “dəli” aşiqi Tamaz Kuraşvili.
Həmin illərdə Kuraşvili yatıb ağlına da gətirməzdi ki, peşəkar caz ifaçısı ola bilər, öz
kefinə kontrabasda, fortepianoda, təbillərdə çala bilər. Ancaq Mustafazadə onda
böyük istedad gizləndiyini duymuşdu. Xüsusilə Tamazın əlləri hünərli görünürdü:
bu əllər bərk, qısqaca oxşayan, texniki çətinliklərdən, uzatma təmrinlərindən qorx-
mayan əllər idi. Vaqif cavan caz həvəskarı ilə aktiv çalışmalar aparırdı və nəticə bu
Vaqif Mustafazadə, David Caparidze,
Tamaz Kuraşvili