110
oldu ki, o, Tamazı özü ilə birgə Gürcüstan şəhərləri marşrutu üzrə qastrol səfərinə
götürdü. Kuraşvili bir musiqiçi kimi öhdəsinə düşəni elə inandırıcı şəkildə yerinə
yetirir ki, Tiflis Universitetinin biologiya fakultəsində oxuya-oxuya peşəkar kontrabas
ifaçısı olmaq qərarına gəlir və qərarında qəti olur. Lakin Tamaz Kuraşvili adi kont-
rabas ifaçısına yox, İttifaqın aparıcı caz kontrabasçılarından birinə çevrildi. 1978-ci
ildə Vaqif onunla əməkdaşlığını bərpa elədi. Bu əməkdaşlıq davamlı olardı, hələ bir
xeyli davam eləyərdi, gərçi...
Gürcü cazı dedikdə Tamaz Kuraşvili düşür adamın yadına. Bizim günlərdə gürcü ca-
zının ən yaxşı assosiasiyası Tamaz Kuraşvilidir. Tamaz Kuraşvili isə həmişə ağayana bir
ləyaqətlə, xüsusi tərzdə vurğulayıb, qabardıb, nəzərə çatdırıb deyir: “Mən ki bugün
belə alınmışam, belə bir musiqiçi olmuşam, bunda Vaqifin əməyi, Vaqifin xidməti bö-
yükdür”.
68
Və Mustafazadə haqqında başqa bir gürcüdən götürdüyümüz sitat: “Adamlar cavan
olanda qiymətləndirmirlər ki, onların yanında dahi dayanıb” (Nani Breqvadze).
69
Digər məşhur bir gürcü, Vaxtanq Kikabidze, bir dəfə Azərbaycanda vəzifə başın-
da əyləşənlərdən, mənsəbi, hökmü olan adamlardan xahiş eləyir ki, Vaqifin nəşini
ona versinlər və o da aparıb Vaqifi Gürcüstanda dəfn eləsin. Dəfn eləsin ki, ona la-
yiqli abidə ucaltsın. Çünki o vaxt Bakıda pul tapılmırdı ki, Vaqifin xatirəsini mərmər
heykəldə əbədiləşdirsinlər...
Bir neçə il bundan öncə Vaqifin xalası qızı, indisə Vaqif Mustafazadənin Ev-Muzeyinin
və onun adını daşıyan Mədəniyyət-Xeyriyyə Fondunun direktoru Afaq Əliyeva mənə
bir əhvalat danışdı. Danışdı ki, onlar necə Vaqifin ölümündən sonra Zivər xanımla
birgə Tiflis Caz Festivalına dəvət alıblar, necə onları qarşılayıblar və hər dəfə zalda
Vaqifin adı çəkiləndə gürcülər necə hamılıqla ayağa qalxıb musiqiçiyə hörmətlərini
bildiriblər.
Tiflisdən Vaqifə, Vaqifdən Tiflisə. Həyatın yolları belədir: nə vaxtsa kəsişir, nə vaxtsa
ayrılır; ayrılır ki, yenidən birləşsin; birləşir ki, yenidən ayrılsın. Bax, elə bu cür yollar
gedir sonsuzluğa, yollar gedir əbədiyyətə.