111
60-
cı illərin Bakısı
Altmışıncı illərin sonuna doğru Azərbaycan paytaxtı öz təsvirəgəlməz cənub koloriti
və keyfiyyətli ifaçılar cərgəsilə əsl caz şəhərinə çevrildi.
Bakı cazçıları ölkədə layiqli avtoritetlərdən sayılırdılar: bu isə əlavə məsuliyyət qo-
yurdu onların çiyinlərinə. Nədən ki, “avtoritet”dən çox şey umulur; ondan çox şey
tələb eləyirlər; amma günahından çox az-az keçirlər. Rafiq Babayev gülümsəyərək
danışırdı ki, bir dəfə necə olursa, ya Kiyevdə, ya da Xarkovda, konsertdən sonra yerli
musiqi qruplarının rəhbərlərindən kimsə səhnə arxasına keçib birnəfəsə deyir: “Mənə
söyləyirdilər ki, Bakıda amerikansayağı caz çalırlar, mən inanmırdım” – “Nə oldu, indi
inandınız?” – “Əlbəttə ki... buna necə inanmayasan?!”
70
Bakının təsvirəgəlməz cənub koloriti, əsas etibarı ilə, onunla şərtlənirdi ki, bu diyarda
açıq səma altında tez-tez konsertlər, “cəm”lər, festivallar keçirilirdi. Mülayim iqlim ta
payızın ortalarına qədər imkan verirdi ki, yay səhnə və meydançalarında şən, ekspres-
siv caz (və estrada) gecələri yaşansın. Özü də harada? Unikal teatral massivdə salin-
miş, amfiteatrı dəniz sahilinə baxan, məftunedici bulvar landşaftına uyğunlaşdırılmış
və üstü heç nə ilə örtülməmiş şəhər memarlığında müəyyən bir dövrü səciyyələndirən
Yaşıl Teatrda. Əbəs deyil ki, şəhər üçün artıq dərəcə əlamətdar “Qızıl payız” festivalları
da bu teatrın səhnəsinə “qonurdu”. Tamaşaçılar “Qızıl payız”ı görüb teatra axışırdılar.
Bəlkə ona görə ki, Yaşıl teatr damı olmayan, dam örtüyündən və insanları sıxan
məhdudiyyətlərdən azad bir teatr idi? Bəlkə elə ona görə azad və açıq musiqi
hadisələri məhz burada gerçəkləşirdi? Ola bilər. Nümunə - rok musiqisi festivalları.
Özü də harada? Düz Bakının mərkəzində. Özü də nə vaxt? O vaxt ki SSRİ-də “rok
musiqisi” kəlməsi yasaq edilmiş, gizli fəaliyyəti eyhamlaşdıran bir şey sayılırdı. Rok
coğalarının çıxışları ya yasaqlanırdı, ya da onları ciddi şəkildə təqib eləyib güdürdülər.
Yaşıl teatrda isə ard-arda bir neçə gün caz səslənirdi! Özü də necə səslənirdi! Bakının
ən yaxşı rok coğaları çıxış eləyirdilər və hətta bacarıb adi sovet estradasını “Deep Pe-
arple”, “Led Zeppelin” və ya “Grand Fank Chicago” istiqamətinə yönəldirdilər. Bütün
axşam boyunca dinləyici sevinclə tanış gizli mənaları aşkarlayırdı və vəcdə gəlirdi.
Yaşıl teatr bir eyforiya (daha dəqiq desək, sovetcəsinə olmamağın və azadlıqsevərliyin
fərəhini) yaşayırdı. Və bu zaman Yaşıl teatrda müstəqil və sərbəst kütlə vahid bir dəniz
kimi “ləpələnirdi”.