112
Buraya tək-tək gəlirdilər, cüt-cüt gəlirdilər, kompaniya ilə və hətta ailə ilə gəlirdilər. Hər
cür adam yığışırdı Yaşıl teatra: zavod fəhləsindən tutmuş simasına ziya çökmüş musiqi
xiridarına və alimə qədər, boynu qalstuklu komsomol işçisindən tutmuş antisovet ruh-
lu hippiyə, üsyançıya qədər... Axı burada, lap konsert xoşa gəlməsə də, təmiz hava al-
maq, dənizin mənzərəsini seyr etmək mümkün idi. Əgər vəziyyət tamam zəhlətökən
məqama çatırdısa, birbaşa bulvara düşüb çayxanada dostlarınla əyləşmək olardı...
Çayxanada isə... Bulvarda Bakı çayxanası bir özgə aləmdir! Şəhər həyatının eti-
kası, estetikası, fəlsəfəsi və konsepsiyası var burada! Şəhər məişətinin realizmi,
romantizmi, sürrealizmi, minimalizmi var burada! Bir stəkan isti, ətirli çayda isə
ontologiya və metafizika! Çayxana o yerdir ki, orada tarix asanlıqla mifə qarışır,
əfsanə isə fakt olur. Çayxana dünyada elə bir məkandır ki, orada təkcə tapmaca-
lara cavab tapılmır, həm də sirrlər açılır. Çayxana o yerdir ki, orada ötəri deyilmiş
bir söz maddiləşib öz müstəqil həyatı ilə yaşaya bilir. Bunların da hamısı ona
görədir ki, çayxanada söz hər şeyin başında dayanır. Deyəsən, çayxanada lap bi-
rinci söz olub. Sonra isə aşıb-daşıb, “qaynayıb” söz çayxanada: söz sözü gətirib,
söz sözü bəzəyib. Və bu sözlərdən öyrənmək olardı ki, nə üçün cavanlar çayxa-
nada “Led Zeppelin”dən yox, “Blood”dan, “Sweet and Tears”dən, “Pink Floyd”dan
yox, “Chicago”dan, “Uriah Heep”dən yox, “Emerson”dan, “Lake and Palmer ”dən
danışırlar. 1969-cu ilin isti yay axşamlarından birində bulvar çayxanasında yalnız
bir nəfər haqqında söz deyirdilər, yalnız azərbaycanlı caz musiqiçisi haqqında,
nəcabətli bakılı, gürcülərin məşhur “Orero” qrupuna rəhbərlik etmiş və sonradan
vətənə qayıtmış, bu günkü festivalda fırtına qoparmış pianoçu haqqında söhbət
edirdilər. 1969-cu ilin isti yay axşamlarından birində bulvar çayxanasında kimsə
naməlum” bakılını Bill Evansın lirikası ilə tutuşdururdu, kimsə onun musiqisində
Koltreynin “azadlıq çığırtısı”nı eşidirdi, kimsə onun çalğısında Ornet Kolmenin
qeyzlənmiş hiddətini, qəzəbini duyurdu. Amma kimsə artıq mahiyyəti başa düş-
müşdü: biz bugün elə şey dinləmişik ki, bizim özümüz barəsində təsəvvürü qarış-
dırıb, üstünü altına, altını da üstünə çevirib.
1969-
cu ildə Bakı Mustafazadəni özü üçün təzədən kəşf elədi.
71
Caz-69” festivalı
günlərində Vaqif “76” kompozisiyasını çaldı. Elə çaldı ki, yekdilliklə birinci mükafatı aldı
və səngiməyən alqışlar ucbatından uzun müddət səhnəni tərk edə bilmədi. Həmin
festival axşamı təkcə bununla onun yadında qalmadı.
Başladı sanki həmişəki kimi... getdikcə isə vərdiş edilmiş ritm və improvizə cığırına ya-
vaş-yavaş dığırlandı. Amma nə qədər dərinə endisə, inkişaf bir o qədər gözlənilməz