113
oldu, gedişlər və süjetlər bir o qədər qəfil alındı. Kompozisiya intriqası elə hərlənib-
fırlandı ki, daima yeni intonasiya, ahəng və harmoniya mənaları aşkarlandı.
Bir improvizə məqamında elə bil ki real zaman və məkan duyumunu itirdi: son-
radan etiraf edəcək ki, sanki başqa musiqi dünyasına düşmüşdü. Pyesi tamamla-
yanda isə anladı ki, onun musiqisində hələ belə şey olmayıb. Anladı ki, nəsə baş
verib, tamamlanıb, bitib və bu, çoxillik gərgin çalışmaların nəticəsidir və onun ya-
radıcılıq həyatında taleyüklü bir məqamın başlanğıcıdır. Həqiqətən, Mustafazadənin
Caz-69” festivalında çıxışı onun haqqında formalaşmış təsəvvürü də dəyişdi,
Azərbaycan caz ənənəsi barədə təsəvvürü də. Vaqifin “76”-sını uzun müddət yadda-
şından çıxarmayan bəstəkar Leonid Vaynşteyn deyirdi ki, həmin axşam Vaqif alətdən
sədalar, ritmlər çıxarmırdı, onu narahat edən hansısa ideya və fikirləri bəyana gətirirdi.
Yəqin ki, Rene Marqritt də belə yaradırdı: əşyaların, predmetlərin yox, onları bildirən
ideyaların şəklini çəkirdi.
Üstündən xeyli keçmiş ondan soruşanda: “Elə bir məqam olubmu ki, Siz duyasınız - bu,
caz-muğam üslubunun başlanğıcıdır?” – Vaqif deyəcək: “Bakıda “Caz-69” festivalın-
da. “76”-nı çalırdım onda. Özüm də gözləmədən qəfil “Bayatı-Şiraz”a keçdim. So-
nuncu akkordu götürdüm. Və birdən çatdı: bax, budur! Budur mənimki! Budur ax-
tardığım...”
72
O, “budur axtardığım” söyləyəndə cazla muğamın birgəliyini nəzərdə
tuturdu.
Həyat mehriban şəfəqlərlə pəncərədən içəri axdı. Həyat dedi, anlatdı ki, sən,
həqiqətən, Musiqiçisən və sən hər şeyi, səni əhatə edən dünyanı səsə çevirə bilirsən.
Həyat göstərdi ki, sən əsl Musiqiçi qismində səsləri, bəlkə də yeganə, ümummilli
ünsiyyət vasitəsi kimi kəşf eləmisən; sən elə bir şeyi bacarmısan ki, onu milli ədəbiyyat,
milli təsvir sənəti, milli fəlsəfə və milli elm bacara bilməyib. Həyat işarələr göndərdi
ki, əgər əvvəllər sənin yolunu balaca bir fənər işıqlandırırdısa, indi bu yolu parlaq
Günəş şüaları işıqlandırır. Həyat sənin çiyninə məsuliyyət qoyub bildirdi ki, sən caz
və muğamda harmonik tənləşməyə nail olmaqla, nə qədər də qəribə alınsa belə, bu
harmoniyanın mümkünsüzlük dərkini bir az daha gücləndirdin, hətta caz-muğam
idealına yaxınlaşmağın mümkünsüzlük problemini aktuallaşdırdın. Və deməli, qarşıda
axtarışlar daha təkidlə, daha inadcıl olacaq; və deməli, qarşıda yollar açılacaq yeni
kəşflər və yeni anlayışlar üçün; və deməli, qarşıda...
Məşhur festivaldan sonra bir neçə gün keçəcək və Bakı səmasını tünd boz duman-
lar bürüyəcək, şəhərə nadir hallarda yağan soyuq yağışlar yağacaq, hava nəmişlik