115
və inanacaq ki, onunla pis daha heç nə baş verməyəcək. Deməli, dua eləyəcək ki,
qorxulusu daha arxada qalıb. Və yenə də uşaqlıqda olduğu kimi bütün şərlərdən və
yamanlıqlardan onu anası və bir də muğam qoruyacaq. Amma gəl ki, bu təzəcə alın-
mış, qırmızı ağac üstündə pardaxlanmış “Rostov-Don”un səsi elə çıxmayacaq, bir az
kəskin, bir balaca qırıq olacaq. Qoca Bekkerin sınmış royalı isə küncdə qalıb öz əsrini
başa vuracaq. “Axırı ki sındırdım” – içəri müsahibə almaq üçün daxil olmuş jurnalistə
başı ilə royalı göstərib göz vuracaq.
74
Lap bu yaxınlara qədər royalın axırına çıxa bilərdi, sonra isə Elza ilə əyləşib növbəti
caz yeniliklərini dinləyərdi, onlarda özü üçün mühüm və vacib olanı tapardı. Lap bu
yaxınlarda bulvar gəzintisində ola bilərdi, evə qayıdıb, dəniz və küləkdən cuşa gəlib
royalın arxasında əyləşərdi, improvizə eləyərdi “dəniz-bulvar” ahəngində. İndisə ürək
tam ciddi şəkildə xəbərdarlıq eləyirdi: ehtiyatlı olmaq, ehtiyatlı olmaq, ehtiyatlı olmaq.
Ürək əmr verirdi: asta, asta, asta...
Mama, mama, zəhmət olmasa, bir də çal “Bayatı-Şiraz”ı...
Bax klassik musiqidə kimdirsə, Con Koltreyn də cazda odur. Mən Koltreyni Baxla
müqayisə edirəm. O, Bax kimi, özündən öncəki nəsil bəstəkarlarının nailiyyətlərini
ümumiləşdirdi, bütöv bir musiqi dönəminin inkişafını yekunlaşdırdı. Koltreyn Bax
kimi öz yaradıcılığı ilə zamanı qabaqlayıb, irəli gedib çevriliş elədi musiqidə. Koltreyn
bəzilərini Şərq hənglərini mənimsəməyə, bəzilərini yeni harmoniya dilinin axtarışı-
na, bəzilərini ritmik strukturları mürəkkəbləşdirməyə göndərib, dördüncüləri atonal
improvizələrin istifadəsinə doğru istiqamətləndirib, beşincilərə saksofon ifaçılığında-
kı hüdudsuzluğu nişan verib, altıncılara... başqa nələrisə aydınladıb caz musiqisinin
sərhədlərini genişləndirdi.
Con Koltreyn – qlobal miqyaslı musiqiçi-filosofdur. Müasir cazda nə baş
verirsə, müstəqim və ya dolayısı yolla bu unikal musiqiçinin adı ilə bağlıdır”
(
Vaqif Mustafazadə).
75
Caz-muğam
Qəribədir, zaman nə qədər qabağa qaçırsa, caz-muğama
76
ünvanlanan sualların sayı
da bir o qədər artır. Yox, bu suallar onun mahiyyətinə, inkişafına, təbliğinə aid deyil. O,
yenə də əvvəlki kimi əhəmiyyətlidir, aktiv inkişafdadır və ürəkdən təbliğ edilir. Bundan
əlavə caz-muğam milli mədəniyyətin fəal surətdə yayımlanan
brendlərindən
birinə
Con Koltreyn – qlobal miqyaslı musiqiçi-
filosof.