117
eşidən kimi təsviredilməz dərəcədə cuşa gəlirsə; və əgər yekəqulaq prodüser bu
primitiv şərqlilikdən kisə-kisə pul çıxarıb onlarla qardaş malı kimi bölüşürsə?
Bir sözlə, axır çağlarda yolverilməz şəkildə sadələşdirilmiş, primitivləşdirilmiş caz-
muğam hər hansı bir ortababın və ya istedadsızın gizlənməsi üçün rahat yer olub.
Nəyə lazım əziyyətə qatlaşmaq və nəsə ixtira eləmək? Muğamı xatırladan sədalar
çıxart, melizmlərdən və uzadılmış saniyələrdən istifadə elə, vaxtaşırı caz akkordla-
rı götür və budur “caz-muğam” adlı ekzotik, ekstravaqant “təam” (fast-food) satış
üçün hazırdır. Nə qədər qanqaraldıcı olsa da deməliyəm ki, kütləvi istehlak və kütləvi
uyğunlaşma caz-muğamın da qapılarını açıb içəri girib. Bizim zəmanəmizdə caz-
muğam ənənəsini ləyaqətlə davam etdirəcək musiqiçiləri saymaq üçün bir əlin bar-
maqları kifayət edər, bəlkə hələ bir az artıq da qalar. Ona görə də gəncliyində Vaqiflə
birgə çalmaq şərəfinə nail olmuş, Mustafazadə sənətilə birbaşa təmasda bulunmuş
saksofonçu Akif Süleymanbəylinin sözlərində bir nisgil, bir qüssə səslənir: “Çoxları
indi çalışır ki, caz-muğam ifa eləsin. Amma bu, daha çox imitasiyadır; sadəcə, mu-
ğamdan hansı hissələrisə qoparıb caz axarına əlavə eləyirlər. Vaqifsə muğamı başdan
ayağacan bilirdi. O, nə eləmişdisə, təkrarı heç kəsə nəsib olmur. Ola bilsin ki, bu, İçəri
Şəhərdən asılıdır, harada ki divarlar da muğamla ağlayır. Orada Qubernator (köhnə
bakılıların dilində
Gömürnat
kursiv tərcüməçinindir) bağı var və bu bağa adətən
muğam ustaları toplaşardılar. Cazçılar və muğamatçılar bir-birini ümumiyyətlə inkar
edirdilər, hətta tamam başqa-başqa geyinirdilər: muğamatçılar dar, cazçılarsa gen
şalvarlara üstünlük verirdilər. Ancaq Vaqif muğam ifaçıları ilə dil tapa bilirdi və ona
hörmətlə yanaşırdılar. Səhərdən o gedib bağda əyləşirdi, muğamın fəlsəfəsindən da-
nışırdı, axşam isə evə gəlib caz standartlarını çalırdı. Bir də belə adam doğulacaqmı?
Bilmirəm”.
77
Görünür, caz-muğamın kommersiya yönündə istifadəsinin güclənməsi, onun
çoxişlənən bir mala, alver obyektinə çevrilməsi, həyasızcasına bayağılaşdırılma-
sı ucbatından bugün Azərbaycan musiqisində caz-muğamın perspektivləri, mil-
li mədəniyyətdəki yeri, rolu barəsində mübahisələr gedir. Elə bu səbəbdəndir ki,
Azərbaycanın etno-caz üslubunda işləyən maraqlı musiqiçilərindən biri Cəmil Əmirov
caz-muğam” sözünü eşidəndə üz-gözünü turşudub deyir: “Həqiqətən, güclü bir
istiqaməti istedadsız adamlar urvatsız qəliblərə saldılar və quru palçığı divara yaxan
kimi onu hara gəldi, kimə gəldi yaxdılar. Bugün Azərbaycanda ancaq tənbəl musiqiçi
özünü caz-muğam təmsilçisi adlandırmır. Hərçənd soruşanda əmin olursan ki, nə onu
bilir, nə bunu; heç əsas muğamları da tanımır. Mən hələ ahəng xüsusiyyətlərindən,
formaların yaradılmasından, muğam üçün vacib ritm və improvizə başlanğıclarının