10
fəaliyyətimizin stimullaşdırıcı motivləridir. Düzdür, bu motiv o qədər güclü, o
qədər möhkəmdir ki, istedadı, bilgini, bacarığı, istəyi, marağı, çalışqanlığı və
hətta məişət şəraitini də özünə ram edir.
4
Bu motiv haradasa və nədəsə İmmanuil
Kantın şərtsiz imperativinin həlledici nəticəsilə səsləşir: “Sən bacaracaqsan, çünki
sən bacarmağa borclusan”. Əgər sən dünyada hər şeydən yaxşı caz və muğam
çalmağı bacarırsansa, deməli, sən onlara, – cazla muğama da borclusan.
Bax, 1978-ci ilin elə bu bahar konsertləri çoxillik və çox əziyyətli axtarışların
həm tarixi yekunu oldu, həm də milli cazın yeni dönəminin tarixi başlanğıcı.
Baxmayaraq ki, konsertlərdə bir caz əlvanlığı, – svinq və bopdan caz-roka qədər,
Corc Gerşvinin, Dyuk Ellinqtonun, Telonius Monk və Bill Evansın temalarından ta
folklor mahnılarına, Azərbaycan bəstəkarlarının əsərlərinə qədər, – vardı, onun
başlıca nəticəsi indən beləsinə
caz, muğam və milli ənənə
anlayışlarının faktiki
surətdə sinonimlər kimi təsdiqlənməsi, sinonimlər kimi götürülməsi oldu.
Caz və muğam. Daha doğrusu, muğam və caz. Erkən uşaqlıq çağlarından,
bəlkə də lap üç yaşından Vaqif anası Zivər xanımdan muğam eşitmişdi; doqquz
yaşında isə sərbəstcəsinə Gerşvinin
The Man I Love
adlı bəstəsinə qulaq asmışdı.
1960-
cı illərin əvvəlləri və əvvəl-əvvəl cəsarətsiz, ürkək, tərəddüdlü addımlar,
sonra isə daha qətiyyətli, inamlı sınaqlar və iki fərqli musiqi mədəniyyəti arasında
ümumi cizgiləri tapıb fiksə eləmək, onları yaxınlaşdırmaq, birləşdirmək cəhdləri.
1960-
cı illərin əvvəlləri və əvvəl-əvvəl ehtiyatlı, seyrək, sonra isə sürəkli şəkildə
təkrarlanan, hətta bəzən fədakar eksperimentlər: onların məqsədi caz və
muğamın universal kodunu aşkarlamaq üçün real şans qazanmaq imkanıdır.
Üç yaşından 1978-in baharına kimi (ölümünə il yarım qalana qədər) –
intuitiv, yayqın uşaq duyumlarından orijinal caz-muğam təfəkkürünə, üslub
yaradıcılığınadək...
Bütün bunların hamısı məgər Mustafazadənin özü üçün deyildimi? Musiqi
gələcəyinin şüurlu seçimi, yoxsa özünə doğru ekzistensional yol? Birmənalı
cavab yoxdur. Düzdür, mənim Mustafazadə ilə söhbətimin köhnə bir lent yazısı
var. Həmin söhbət əsnasında bir fikir söyləyir Vaqif, mənim üçün hələ indiyəcən
də qaranlıq qalmış bir fikir: “Mən nə qədər əmin olsam da, mənim biliklərim nə
qədər dərin olsa da, nəyinsə əslinə və doğruluğuna nə qədər yaxın olsam da,