119
Caz-muğamın, hətta abstrakt versiyada belə,
mütləq tamlıq və bütövcəlik
qarşı-
sında qorxusu yoxdur. Qorxusu yoxdur, çünki onun əsasını caz və muğamın dib-
sizliyi, hüdudsuzluğu təşkil edir. Sən bir ənənəyə bax: iki tükənməz mənbədən eyni
dərəcədə qidalanmaq, geniş spektrdə, müxtəlif aspektdə və çoxşaxəli perspektivdə
inkişaf etmək mümkündür. Hesab eləmirəm ki, Vaqif caz-muğamı absolyut, qeyd-
şərtsiz bir şey sayırdı; hərçənd o bilirdi ki, caz-muğam musiqi həqiqətinə doğru apa-
ran yollardan biridir və həmin bu yol ideyaların, fikirlərin, anlayışların və yozumların
mübarizəsilə doludur. Odur ki, Mustafazadənin caz-muğamı hər dəfə müxtəlif alınır-
dı, bir-birinə bənzəmirdi, əvvəlkinə oxşamırdı, bir-birilə eyniyyət yaratmırdı.
Muğamın və cazın mahiyyətini özündə birləşdirən
improvizəni
Mustafazadə iki
müxtəlif janrı birləşdirən başlıca amil bilirdi. O, öz improvizələrini caz gedişatına
muğam reçitativini və ornamentləşməsini qataraq qururdu. Vaqifin çalğısı üçün ca-
zın ritmik qeyri-sabitliyi və muğamın azad metroritmikasının uzlaşdırılması həmişə
aktual idi. Həng aspektinə böyük diqqət yetirilirdi: o zaman müəyyən caz “şəbəkəsi”
hüdudlarında improvizə inkişafı axıb-axıb daxil olurdu müəyyən muğam həngi hü-
dudlarına. Beləliklə, hər iki janra xas ümumidən bəhrələnərək elə bir kompozisi-
ya yaradılırdı ki, burada muğam və caz subyekt və obyekt qismində iştirak edirdi,
bir-birindən ayrılmırdı, bir-birinin oluşunu şərtləndirirdi, bir-birinin içinə hopub biri
digərində yaşayırdı. Nəticədə
orqanik bütövcə, bədii sistem
peyda olurdu ki, onun
da bütün hissələri bir-birilə əlaqələnirdi.
Vaqif Mustafazadənin cazı və muğamı. Birincisini elə çalırdı ki, gitaranın “blyuz da-
hisi” Bi Bi Kinq, özünü saxlamayıb bəyan elədi: “Cənab Mustafazadə... mən istərdim
bizim musiqini Siz çaldığınız kimi çalım”.
80
İkincisi haqqında isə muğam ustadı tarzən
Bəhram Mansurov qısaca demişdi: “Vaqif elə bil muğam “dərisi”nin içinə girib”.
81
Erkən Vaqif“. 1969-cu ilin yekunları
1969-
cu il qurtarırdı. Əziyyətlərə baxmayaraq, ürəyin şıltaq hoqqabazlığına baxma-
yaraq Vaqif, hər halda, bu ili xöşbəxt il hesab eləyə bilərdi. O öz doğma şəhərindədir:
qucaqlarını açıb onu isti qarşılayıblar, qiymətləndiriblər. “Caz-69”-da pozitiv nəticə
əldə edilib, uzun illər aradığı yeni musiqi istiqamətinin kabusu dolaşır havada. Va-
qif buna çox yaxındır. O, artıq bu yeninin dadını bilir. Ən əziz adamları, dostları,
həmyerliləri onunla birlikdədir. 1969-cu ildə ikinci dəfə ata olur Vaqiv: qızı Əzizə dün-
yaya gəlir. Elə bu ildəcə Kanadanın klassik piano ifaçısı Qlen Qulda qulaq asır və onun
çalğısı sanki Vaqifi əfsunlayır: “Bu musiqiçi haqqında danışmaq mənə çətindir. Çünki
Qlen Quldun ifası – sədalar səltənətidir”