130
onu dinləyəndə zamanı unudursan. Onun hər frazası, intonasiyası qlobal konsep-
siyadır, qlobal məkandır. Məni fenomenal texniki aparata, motor texnikasına, dəmir
barmaqlara malik pianoçular maraqlandırmır. Bunların hamısı öz-özünə olmalıdır.
Ancaq dünyanı cəmi ikicə notla izah etmək - bax, bu dahiyanədir. Qlen Quldun ifası
sədalar səltənətidir” (Vaqif Mustafazadə).
82
Bir də ona görə 69-u uğurlu adlandıra bilərdi ki, əgər musiqişünaslardan kimsə
onun barəsində dissertasiya yazmağı qərara alsaydı, o zaman həmin tədqiqat işində
hökmən və mübaliğəsiz Vaqifə xas
müəlliflik
cizgilərini,
müəlliflik
əlamətlərini
vurğulayacaqdı, bu müəllifliyi şərtləndirən qanunauyğunluqları aşkarlayacaqdı.
Hərçənd ki, 69-da bu adamın hələ otuz yaşı da tamam olmamışdı! Odur ki, bu
araşdırmaya yaman yaraşardı, məsələn, belə bir ad:
Vaqif Mustafazadənin erkən
yaradıcılığı.
Nümunə üçün götürək obraz quruluşunun səciyyəsini. Üç açar söz: lirika, poeti-
ka, romantika. Çoxlu işıq, hava, ətir saçan qoxular. Çoxlu pastoral şəkilləri, peyzaj
rəsmləri, zəngin Qafqaz təbiətindən alınma təəssüratlar. Səhər çoxdur, bahar çox-
dur, dəniz coxdur, damcı-damcı süzülür hər yandan varlıq. Pessimizm və qüssə
buxarlanıb, əriyib, itib. Paradoks bundadır ki, bütün bu işıqlı lirika minordadır!
83
Gələcəkdə də elə bu cür olacaq: lirik, yumşaq, titrək minor onun özündən, sub-
yektiv yaşantılardan, qutsal duyğulardan danışacaq. İndisə, hələlik subyektivlik və
qutsallıq ikinci plandadır, öndə isə dünyanın gözəlliklərinə və ənginliklərinə şərik
olmağın sevinci və həzzi dayanıb. Necə deyərlər, “şəxsi heç nə!” Qulaq asın, özünüz
bilərsiniz: “Qafqaz”, “Baharda”, “Səhər”, “Sübh çağı”... Görüntüyə gəlir, koloritlidir,
dadlıdır! Elə buna görədir bəlkə: o yerdə ki təbiət və dünya yoxdur və o yerdə
ki yalnız öz yaşantıları var Vaqifin, – məsələn, “Bax, səhv eləmə”, “Mən və mənim
dostlarım”, “Cəmi altı takt”, “Bəstəkarlar İttifaqında” olduğu kimi, – orada parlaqlıq
və qabarıqlıq gözə çarpmır? Yaradıcılığın erkən dövrü üçün qaydasındadır bunların
hamısı. Özü də bu haqda hələ qədim zamanlardan bilirdilər:
Vivere deinde philo-
sopari
(
lat.) – “əvvəl yaşa, sonra filosofluq elə”.
84
Götürək elə Vaqifin
melodiya və harmoniya dilini...
Bu melodiyalar əksərən o melodiyalardır ki, bir lirik motivin inkişafı üzərində quru-
lublar, təzadlardan uzaqdırlar və quş qanadları kimi açılırlar. Bununla yanaşı melodiya
xətti müxtəlif fiqurlar və intonasiya dönüşlərilə zəngindir. Həmin fiqurlara və intonasi-
ya dönüşlərinə minnətdar olaraq hər bir mövzu (tema) individuallaşır və əlüstü tanınır.