131
Vaqifin melodika tipi romantiklərin, impressionistlərin melodika tipinə yaxındır.
Hərçənd burada Raxmaninova xas aydın ifadə olunmuş obrazlı və təsviri başlanğıc
daha güclüdür. Geniş, havacatlı Raxmaninov melodizminin muğam reçitativliyi, mu-
ğamın ahəng-intonasiya quruluşu ilə, gah dəqiq, gah variativ muğam təkrirlərilə incə
toxunuşu”
daxili
variasiya-improvizə impulslarını aşkarlayır. Yəni Mustafazadə me-
lodiyası öz-özlüyündə, çox “əlverişli start meydançası”dır və növbəti improvizələrin
pərdələnmiş mümkünlüyüdür.
Harada ki impressionist akkordların qəşəngliyi, kübar nəfisliyi muğamın səda
cərgəsinin xüsusiyyətilə bir o qədər də uyuşmur Harmoniya tam müəyyənləşməyib
və “neytraldır”. Görünür, musiqiçinin özü də bunu duyur və çalışır ki, muğama həngi
vasitəsilə yox, melodiyanın harmoniya resurslarından istifadə edərək caz harmoniya-
sının
milliliyini
xüsusiləşdirsin. Bu, artıq Üzeyir bəyin vəsiyyətinə birbaşa əməl etmək
deməkdir: “Mən bütün ömrüm boyu bu bəstəkar qarşısında baş əymişəm, onun me-
lodiya istedadına, folklor bilgisinə, əla harmoniya duyumuna ehtiramla yanaşmışam.
Mən həmişə o adamlara heyrətlənmişəm ki, onlar Üzeyir Hacıbəylinin musiqisində
gizlin, amma nəhəng harmonik resursları diqqətdən qaçırıblar. Axı Üzeyir bəyin ən
sadə melodiyası belə özündə o qədər harmoniya materialı daşıyır ki, bu material
hətta bir simfoniya üçün də bəs edərdi. Biz, sadəcə, vərdiş elədiyimizdən Üzeyir bəydə
yalnız melodiya ustası görürük və onun harmoniya istedadına tamam fikir vermirik.
Mən Üzeyir bəyin yaradıcılığını dövrlərə bölmürəm. Mənim üçün onun musiqisi bir
bulaqdır və əgər bu bulaq olmasaydı, bütün Azərbaycan incəsənəti də olmayacaqdı”
(
Vaqif Mustafazadə).
85
İndisə Vaqif
ritmikasına
dair; o şey haqqında ki, bura çoxlu və müxtəlif nələrsə qarışıb.
Bu həm odur ki, biz onu azad, improvizə ritmikası adlandırırıq. Bu ritmikanın taktlara
və uzunluğa görə dəqiq bölgüsü, ölçü və hesab göstəriciləri yoxdur. Belə ritmika
müstəqil deyil, şərtlərə bağlıdır və sərbəst
intonasiya
hərəkətilə əlaqəlidir.
Eyni zamanda bu həm də odur ki, Azərbaycan folkloru üçün “özül” hesab edi-
lir, çoxsaylı aydın takt dərəcələrinə və zahiri stabilliyə malik 6/8 ritminin müntəzəm
istifadəsini özündə görükdürür. Düzdür, təmiz halda 6/8-ə çətin təsadüf etmək olur:
əksərən bu “ləngərli” suinqlə birlikdə əmələ gələn poliritmik birləşmədir. Bu, haradasa
üçqat poliritmiyadır: muğam, folklor, caz poliritmiyasıdır ki, öz ümumi ritmik axını-
na sinxron və qeyri-sinxron, metrik və qeyri-metrik,
86
stabil və qeyri-stabil, sabit və
dayanıqsız olanı daxil edir. Amma bu poliritmiyada hələ ki orqaniklik və bütövcəlik