132
yoxdur. Bax, bu orqanikliyin və bütövcəliyin vaxtı 1970-ci ilin axırında çatacaq. Olsun
ki, Mustafazadəyə milli və caz ritmikasını bir musiqi qazanında qaynatmaqdan ötrü
tamam ayrı ritmlər (görünür ki, suinq bu məqsəd üçün yaramamışdı) tələb olunurdu.
Qısaca, Vaqif
improvizəsi
və bu
improvizənin forması
haqqında.
İmprovizə, bir tərəfdən, ənənənin onun “alnına” yazdığı kompozisiya rolunu
gerçəkləşdirir. Bu rol ondan ibarətdir ki, mövzunun potensial imkanları müəyyən
tonallıq planı (caz “şəbəkəsi”, caz kvadratı) hüdudlarında, əlbəttə, növbəti dəfə
reprizə qayıtmaq şərtilə, bacardıqca gözlənilməz və qəfil bir şəkildə açılsın. Bunu
gerçəkləşdirə-gerçəkləşdirə improvizə həm də
ikinci
musiqi formasına (forma içində
formaya, alt-formaya) çevrilir: onun hərəkəti zamanı daim əsas melodiyadan uzaq,
müxtəlif intonasiya, mövzu və ritm “adaları” meydana çıxır ki, onlar da, öz növbəsində,
improvizə yolu ilə inkişaf edib dəyişirlər. Hansı bir məqamdasa improvizə tematik
funksiyanı əvəzləyir və gedişata uyğun şəkildə öz inkişaf məntiqi zəminində aralıq
mövzu manqalarını yaradır.
İmprovizə elementinin bu cür
müəllif
yozumu caz üçün səciyyəvi üçhissəli formanı
da genişləndirir: A (tema) – B (improvizə) – A (tema reprizi). Bu, genişlənmənin bariz
əlamətidir: çünki orta hissə (B) böyüyüb öz bölgüsü və epizodları olan müstəqil kom-
pozisiya strukturuna çevrilir.
Hərdən tonallıq və forma çərçivələrinə sığmayan, hərdən son dərəcə emosional və
yay kimi gərilmiş Vaqif improvizələrindən onun yaradıcılığının son illərinə bir qapı
açılır. Bu, xüsusilə “canlı” konsertlərdə duyulurdu, harada ki caz sərbəstliyi, caz həzzi
öz zirvəsinə gəlib çatırdı; harada ki hər improvizə praktiki şəkildə, spontan olaraq
maraqlı kompozisyon oyunu kimi zühur eləyirdi.
Amma heyflər olsun ki, caz musiqisində bu “canlı”, nadir və təkrarolunmaz
konsert
kəşf və tapıntılarını nə təsvir etmək, nə disklərdə, nə vallarda, nə də maqnit lentlərində
təcəssüm etdirmək mümkün deyil. (Yeri gəlmişkən, bu “mexaniki mümkünsüzlük”
cazda olan qeyri-adi nə varsa, hamısının qənimidir.)
Vaqif fenomeni
1969-1970-
ci illərdə Mustafazadə Azərbaycan Dövlət Estrada Orkestrində piano-
çu kimi çalışır və burada böyük kollektivlərlə işləmək təcrübəsinə yiyələnir. Vaqif