134
Bax, bu da taleyin bir şıltaqlığı! Caz azadlığını və genişliyini Vaqif “Böyük Qala”
küçəsində yerləşən darısqal mənzilində tapırdı: o, buranı yeddi il idi ki, “məşq zalı”na
çevirmişdi. İndi bunu hətta təsəvvürə gətirmək belə mümkünsüzdür: cəhd elə, kiməsə
bu cür şəraitdə heç olmasa bircə dəfə məşq eləməyi təklif elə! Gör, nə görürsən!
Burada isə aramsız yeddi il Mustafazadə ilə bir neçə illər birgə çalışmış kontrabasçı
David Koyfman xatırlayır ki, hərdən darısqallıq ucbatından, ailəyə maneçilik
törətməmək üçün yığışıb lap mətbəxdə də məşq eləyirdik.*
Məsələ təkcə şərait məsələsi olsaydı dərd yarıydı?! Elə bir təəssürat oyanırdı ki,
Vaqifin ətrafında süni şəkildə informasiya vakuumu yaradılırdı. Belə açıqcasına
mane olmurdular, amma harada bacarırdılar, orada susurdular, nəyisə axıracan
demirdilər, gah nəyisə unudurdular, gah nəyisə itirirdilər. Onunla birgə caz çalmış
musiqiçilər söyləyirlər ki, hansısa bir şəhərə gəlirdi konsert verməyə: orada isə nə
afişa var, nə reklam, nə də tamaşaçı. Maraqlanırdın, nədi, nə üçün bu belədi? Ay-
dın olurdu ki, Bakıdan gərəkli məlumatları və lazımı sənədləri göndərməyi “yad-
dan çıxarıblar ”.
Koyfman deyir ki, bir epizodu ömründə unutmayacaq: “Biz gəlib çıxırıq Donetsk
filarmoniyasına. İki royal qoyulub səhnədə: biri yaxşıdır və bağlıdır; başqası isə
pisdir və açıqdır. Və bu pisi bizim üçün saxlayıblar. Filarmoniyanın direktoru nə
üçünsə həmin o yaxşı royalı bizim üçün açmaq istəmirdi. Biz artıq boğaza yığılıb
dedik ki, çıxış eləməyəcəyik... və s. və i.a. Özünüz başa düşürsünüz də, bu, xırda bir
cəfəngiyyat olsa da, onun üçün deyildi”.
87
Bəs o necə olsun ki, Vaqifə şəxsi dəvətlər gəlirdi caz festivallarına və bu dəvətlər
izsiz-tozsuz itib-batırdı məmur kabinetlərində, məmurların kağızla dolu yeşiklərində.
Qastrol marşrutlarını da necə bacarırdılar, eləcə korlayırdılar və məhdudlaşdırırdılar.
Koyfman yenidən şahidlik edir: “Qastrollarımız az-az olurdu, ancaq bu səfərlərin ha-
mısı əvvəldən axıra kimi narahatlıq, əsəbilik içində keçirdi, çox pis keçirdi”.
Qəribədir, bütün bunları o musiqiçinin başına gətirirdilər ki, onu vətənə özləri xa-
hiş eləyib qaytarmışdılar.
88
Qəribədir, bütün bunları o musiqiçinin başına gətirirdilər
ki, onun adı vətəni şərəfləndirirdi. Qəribədir, bütün bunları o musiqiçinin başına
gətirirdilər ki, onu əksərən Azərbaycanın simvolu kimi qavrayırdılar.
Burada artıq vaxtıdır ki, “Vaqif Mustafazadə fenomeni” haqqında bir neçə kəlmə söz
deyilsin, söz danışılsın.
*
Jurnalist N.Hüseynova yenə Koyfmanın
sözlərindən yazılmış məzəli bir hadisəni
Vaqif haqqındakı təhkiyəsinə daxil edir:
Vaqif çox yaxşı adam idi və əla yu-
mor hissinə malikdi. Bununla ilişikli bir
əhvalat danışa bilərəm. Vaqif heç xoş-
lamırdı, əgər kimsə ona “Vagifçik” ya da
Vaqulya” deyirdisə. Və o vaxtlar cavan
bir bəstəkar (onun adını çəkməyəcəyəm”)
səhər saat 7.45-də Vaqifə zəng vurub de-
yir: “Vagifçik, sən mənim əsərimi nə vaxt
yazırsan?” Vaqif onun sualını həməncə
cavablamır. Ertəsi gün bu dəfə səhər
saat 6-da həmin bəstəkara telofon açır,
onun adının sonuna bir “çik” əlavə edib
deyir: “Mən səni yaza bilməyəcəyəm”.
Yejednevnıye novosti”, 26 mart 1999-cu il.