136
Yox, Vaqif stoik deyildi: amma elə yaşayırdı ki, guya pisliyi, paxıllığı görmür, şəri, nifrəti
yadında saxlamır, ətrafında gerçəkləşən neqativləri vecinə almır. Tutalım, hava, su, qida
bizə, bizim bədənimizə həyat verir, lakin biz heç vaxt düşünmürük ki, onlar daxilimizdə
necə dəyişib bizim üçün zəruri enerjiyə çevrilirlər. Eləcə də Vaqif üçün... nəyin ki caza
və muğama dəxli yox idi, haradasa lap uzaqda, dünya ilə münasibətlərin kənarında
qalırdı. Görünür, Vaqifin şəxsi dünyası uzun-uzadı, arasıkəsilməz improvizdən ibarət
idi: gah caz, gah muğam... gah da caz-muğam improvizindən...
Bizim “Vaqif Mustafazadə fenomeni” haqqında düşüncələrimizdə, heç şübhəsiz ki,
müəllif subyektivliyi mövcuddur. Əlbəttə, musiqiçinin bütün həyat kolliziyalarına və
dəyişmələrinə yabançı olmasını söyləmək aşkar müəllif şişirtməsidir.
Təbii ki, Vaqif ədalətsizlik və saymazlıq mühitinin kəskin dramatizmini duyurdu,
işləmək, məşq eləmək, məsuliyyətli çıxışlara hazırlaşmaq üçün şəraitsizlikdən və ya
mövcud yararsız şəraitdən əzab çəkirdi, daim onun qarşısında düzənlənən bürokratik
əngəllərin çoxluğundan əsəbiləşirdi, görəndə ki yaxşı xarici qastrol səfərlərinə, xarici
festivallara getmək şansını onun əlindən alırlar, peşman, ümidsiz olurdu. Və təbii ki,
ona xüsusilə bərk təsir eləyirdi, onu ağrıdırdı bir fakt: caz biliciləri və mütəxəssisləri
sənin pyesini, çalmağını yüksək qiymətləndirdikləri halda, sənin hər bir yeni diskin və
konsertinin lent yazısı həməncə raritetə çevrildiyi halda,
89
sən doğma şəhərdə heç
kimə lazım deyilsən, sənin ailə vəziyyətin, sənin yaradıcılığın heç kimi maraqlandırmır.
Bir daha düşünün:
birotaqlı mənzildə yaşamaq nə deməkdir: gərək ailəyə mane
olmayasan, fortepiano çalışmalarının ardıcıllığını qırmayasan, musiqi yaradasan,
caz yeniliklərini öyrənəsən, öz musiqiçilərinlə saatlarla məşq edəsən
.
Vaqif əllərini yanına salsaydı, vəziyyətlə barışsaydı, restoranda çalmağa getsəydi, o vaxt-
kı popsa ilə əməkdaşlığa başlasaydı, heç kəs onu qınamazdı. Özü də Qafqaz, özü də
Bakı kimi bir yerdə... kimdi buna pis baxan – kişi ailəsi üçün pul qazanır da!!! Ancaq o,
heç vaxt görmək istəmədiyi işi görmürdü, çalmaq istəmədiyi musiqini də çalmırdı. Bəlkə
elə buna görə də şikayət eləmirdi: bəhanə gətirib demirdi ki, məni anlamırlar, məni
qiymətləndirmirlər. Bəlkə elə buna görə də heç kəsə həsəd aparmırdı, sərfəli tərəfə yıxıl-
mırdı və heç vaxt lazımlı məqamda lazımlı məkanda olmurdu. Görüşəndə isə yalnız caz
və muğamdan danışırdı: sanki bu tanrı dünyasında danışılası daha ayrı bir şey yox idi.
Vaqif, həqiqətən, özünün istisna olduğunu dərk etmirdi; di gəl ki, bir məsələni dəqiq
bilirdi:
istisnalıq iddiasında olmaq o adamların qismətidir ki, onların bu iddiadan
başqa heç nələri yoxdur və olmayacaq da...