137
Leyli”dən “Sevil”ə qədər
Elə həmin 1970-ci ildə respublikanın Xor Cəmiyyəti nəzdində Mustafazadə qərara
alır ki, özünün “Tiflis” proyektini həyata keçirsin: caz çoxsəsliliyi və Azərbaycan
mahnılarının kəsişmə nöqtələrində sınaqlar aparsın.
Bu, Bakı üçün aktual başlanğıc idi: həmin çağa qədər caz vokalı istiqamətində Ra-
fiq Babayev və “Qaya” kvarteti artıq işləyirdilər. O zaman “Qaya”, öz dörd cavan
vokalçısı ilə, bütün İttifaqda tanınıb ad çıxarmışdı. Kvartetdəki qaya kimi oğlanların
uğurunun əsasını xalq mahnıları ilə estrada-caz çoxsəsliliyinin uzlaşdırılması təşkil
edirdi. Odur ki, Vaqifin “Leyli” qadın vokal qrupunu yaratmaq ideyasını ləngimədən
təsdiqlədilər və Mustafazadə yalnız onun özünə xas peşəkar şövqlə, ehtirasla proq-
ramın hazırlanması işinə girişdi.
Əziyyətli və ağır gedirdi məşqlər... Baha başa gəlirdi qrup rəhbərinin novasiyaları.
Vokalçılar Lalə İsrafilzadə, Milel Məmmədova, İda Qəhrəmanova saatlarla bir into-
nasiya üzərində, frazaların adət edilməmiş qurğusu, deyim konstruksiyası üzərində
çalışırdılar, sinkopa və poliritmiya vərdişlərinə yiyələnirdilər. Mahnı ifası üçün adi
1970-
ci ilin 7 noyabr gunundə
Leyli”nin premyerası oldu.