139
sayılmayan caz akkord sistemi və ansambl gəlişməsinin genişliyi də az çətinliklər
törətmirdi. Bundan əlavə qəfil bir tərzdə mahnı melodiyasının axarına daxil olmuş
improviz vokalizlərini də rahatca ifa etmək üçün əməllicə öyrənmək, peşəkarlıq
zirvələrinə çatmaq lazım idi.
Çoxsaatlı məşğələlər, axırı ki, müəyyən bir nəticə verdi: 1970-ci ilin 7 noyabr
günündə “Leyli”nin premyerası oldu. Gəlin, ən uğurlu ifalar sırasına “Evləri var xana-
xana”, “Güləbətin” kimi xalq mahnılarını və Fikrət Əmirovun “Reyhan” adlı bəstəsini
aid edək. Premyeradan sonra rəy və resenziya “yağışı yağdı” göydən: mətbuatda
biri digərindən tərifli məqalələr işıq üzü gördü. Vaqif isə nə özündən razı qalmışdı,
nə də nəticədən.
Nə qədər çox məşq eləyirdisə, mahnı-caz sintezinin həllinə bir o qədər
rəngarəngcəsinə yanaşırdı, caz və mahnı oxumalarını nə qədər inadkarcasına bir-
birinə yaxınlaşdırmaq istəyirdisə, bir o qədər çox aydınlaşırdı ki, kəskin caz harmoni-
yası folklor melosunun ahəngdarlığı ilə pis uyuşur; aydınlaşırdı ki, ləngərli dəyişkən
ritmlə vokal xəttlərin dalğavariliyi bir-birinə əksdir. Ona görə mahnı axarında
improvizələrin qəfil peyda olması kompozisiyanı ayrı-ayrı “hissələrə didib parçala-
yır”, qarışıqlıq əmələ gətirir. Deməli, vokal müstəvisində cazla milli başlanğıcın sinte-
zi, instrumental musiqidə olduğu kimi, bir elə də orqanik alınmır. Bu da o deməkdir
ki, xalq mahnısı muğamdan fərqli bir yanaşma tələb edir.
Leyli”nin çalışmalarından qazanılmış təcrübə 1971-ci ildə Azərbaycan Dövlət Te-
leviziya və Radio Verilişləri Komitəsinin nəzdində təşkilatlanmış “Sevil” vokal-instru-
mental ansamblında davam etdiriləcək.
Lakin “Sevil”ə qədər Vaqifin də, milli cazın da, və hətta ümumi sovet cazının da
həyatında o illər üçün tamam qeyri-adi, nadir, fövqəladə bir caz hadisəsi baş ver-
mişdi. Bəli, kim ki caz ifa eləyirdi, bu hadisə onlara qeyri-adi, gözlənilməz gəlirdi;
kimlər ki bunu təşkil eləmişdilər, onlara bu hadisə mərdliyin, kişiliyin təcəssümü kimi
görünürdü.
1970-
ci il iyunun 16-da Qara Qrayevin təşəbbüsü ilə respublika Bəstəkarlar İttifaqı-
nın divarları arasında bir caz konserti çalındı: Vaqif və Rafiqin heyətləri ifa elədilər öz
kompozisiyalarını. Bugün burada adama qəribə görünəsi heç nə yoxdur. Moskva
bəstəkarları öz İttifaqlarında hər il Böyük zalda otuza yaxın belə konsert keçirirlər.
70-
ci illərdə isə akademik musiqi ocağında caz “gecəsi” təşkil etmək fantasti-