141
ka sərhədində dayanan bir şey idi. Əlbəttə ki, yuxarı instansiyalar, əgər məsələni
qəlizləşdirməsək və fikrimizi yumşaq ifadə eləsək, bunu anlamadılar, amma Qara
Qarayev dediyinin üstündə durdu və Mustafazadə ilə Babayevin Bəstəkarlar İttifa-
qına qəbulu ilə bağlı məsələ qaldırdı.
Gecəni Qarayevin özü açdı. Cazın tarixi barəsində danışdı, onun müasir tendensi-
yalarını xatırlatdı: söz saldı respublikada cazın vəziyyətindən; dedi ki, Azərbaycanda
caz Vaqifə və Rafiqə minnətdar olaraq fərdiləşir və müstəqil bir sima alır. Dedi ki,
Azərbaycan ənənəvi musiqisilə caz musiqisi arasında qohum cizgilər var və bu
yöndə çalışmaların perspektivləri mövcuddur. Həmin gecədə olanlar təəccübləndilər
ki, sovet mədəniyyətinin “canlı klassiki” caz haqqında nələri və necə bilir. Aşkar du-
yulurdu ki, o, cazı sadəcə sevmir, həm də cazdan əla başı çıxır: hər hansı bir Yeni
Orlean üslubundan tutmuş Əhməd Camala və Sten Kentona qədər bütün caz do-
lanbaclarından xəbərdardır. Məşhur rus bəstəkarı Rodion Şedrinin boynuna alması
ki, məhz Qara Qarayev 1963-cü ildə ABŞ-a birgə səfərləri müddətində ona caz
dünyasını tanıtdırıb, yəqin heç də təsadüfi deyil: “Elə bu səyahət zamanı Qarayev...
məni caza qarşı əsl sənətçi marağı ilə “yoluxdurdu”. Müəyyən başqa məqamlardan
savayı mən həm də ona görə bu adama minnətdaram ki, o, mənim üçün cazı XX
əsr incəsənətinin ciddi istiqamətlərindən biri kimi kəşf elədi”.
90
Öz çıxışı ilə Qarayev lap əvvəldən gecəyə yaxşı emosional ovqat gətirdi. Və ifa-
çılar da üzü qara eləmədilər; təkcə öz yeni kompozisiyalarını, öz musiqi mane-
ralarının müxtəlifliyini göstərmədilər, həm də onların hər ikisi üçün önəmli olan
caz-muğamı nümayiş etdirdilər. Çünki hər iki musiqiçi bu istiqamətdə işləyirdi,
bu istiqamətdə axtarışlar aparırdı. Vaqif üçün də, Rafiq üçün də çox mühüm fakt
idi Azərbaycan Bəstəkarlar İttifaqının zalında çıxış etmək: caz yolunda birgəlik
ideyası da mühüm idi.
Konsertdən sonra hətta akademik ovqata köklənmiş bəstəkarlar belə eşitdiklərindən
təsirlənib respublikada milli caz məktəbinin bənzərsizliyini və özünəməxsusluğunu
təmin etmiş musiqiçilərin meydana gəlməsindən ciddi şəkildə danışdılar.
1971-
ci il “Sevil” vokal-instrumental ansamblının yaranma ilidir. Məqsədlər
dəyişməyib, həminkidir: “Leyli”də necə vardısa, eləcə də qalıb. Vaqifin təzə vokal
qrupunun özəyi müxtəlif illərdə bu müğənnilərdən ibarət olub: Elza Mustafazadə,
Dilarə Cahangirova (Əliyeva), Rəna Hüseynova, Sədaqət Dadaşova, Rəna Talı-
bova, Sevil Əhmədova. Bu zaman caz triosuna gitara, orqan və tar əlavə edilir.
1970-
ci il iyunun 16-da Qara Qrayevin
təşəbbusu ilə respublika Bəstəkarlar
İttifaqının divarları arasında bir caz
konserti çalındı