142
Repertuarda, yenə əvvəllər olduğu kimi, üstünlük xalq mahnılarının yeni üslubda
işlənilməsinə verilib. Təbii ki, “Leyli”də qazanılmış təcrübəni nəzərə almaq şərtilə...
Vaqif caz harmoniyalarının əlvanlığını əməllicə azaltdı, solo vokalizləri və instru-
mental improvizələri xeyli ixtisar elədi. Elə görünə bilər ki, bu, “Leyli” ilə müqayisədə
geriyə doğru bir addımdır. Amma yox, o cür olmadı. 1971-ci ilin son günü “Sevil”in
Yeni il konsertinin premyerası bunun əksini təsdiqlədi. Əvvəlki parlaq akkord
bər-bəzəkləri ikinci plana keçib lider pozisiyasını melodiyaya verdi. İnstrumental
partiyalar da ciddi şəkildə melodiya inkişafına tabe etdirilmişdilər. Melodiya bo-
yunca səpələnmiş vokal improvizlər havacat və ya muğam reçitasiyası çalarları ilə
zənginləşmişdi, dinamik caz sayrışmaları isə yavaşca “söndürülmüşdü”. Nəticədə,
tanış xalq melodiyaları gözlənilməz səslənmələr içindən ədalı, cilvəli, müasir şıl-
taq qızlar kimi görünürdülər, lakin öz folklor mənsubiyyətini, folklor səciyyəsini
itirməmişdilər.
Leyli”. Əziyyətli və ağır gedirdi məşqlər...