143
Leyli”dən fərqli olaraq Mustafazadə “Sevil”də sadədən başladı, sonra aramla çoxlaylı
caz akkord sisteminə keçdi, vokaliz və instrumental inprovizlərin sərbəstliyini təmin
elədi, poliritm effektlərindən faydalanmağı yoluna qoydu. O, böyük səy göstərib
zərrə-zərrə seçirdi yalnız o nəsnələri ki, onlar cazla folklorun mürəkkəb calağında
özlərinə yer tapa bilərlər. Hətta milli tembr koloritini gücləndirmək üçün istifadə
edilən tarın kompozisiyada iştirakı dəqiq ölçülərə salınırdı, konkretləşdirilirdi.
Təbii ki, “Sevil”in şöhrəti artırdı, dəvətlər bir-birinin ardınca gəlirdi, qastrol marşrut-
ları uzadılırdı, deməli, məşqlərin həcmi də dəfələrlə çoxalırdı. Ansambldakı iş pro-
sesini xatırlayan Dilarə Cahangirova deyir ki, Vaqifin yumşaqlığına və xeyirxahlığına
baxmayaraq o, bizə çalışmalar zamanı ”aman vermirdi. Biz həftədə beş dəfə hər
gün dörd saat məşq edirdik: özü də axşamlar... Allah eləməsin, kimsə gecikəydi!
Vaqif buna heç dözə bilmirdi. Biz nəfəsimizi dərmədən işləyirdik. Təsəvvür eləyin
də, beş gün məşq, hər həftə də mütləq yarımsaatlıq konsert və səsyazdırma. Biz o
qədər mahnı yazdırmışıq ki, saya gəlmir”.
91
Elza Mustafazadənin dedikləri emosionallıq baxımından heç də Dilarə xanımın
sözlərindən geri qalmır: “Sevil”in hər çıxışına biz əsaslı surətdə hazırlaşırdıq. Saat-
larla məşq eləyirdik, istirahəti və fasilələri unudurduq. Xüsusi yer ayrılırdı ansamblın
repertuar siyasətinə. Vaqif hesab eləyirdi ki, biz nə gəldi, oxumalıyıq: Azərbaycan
xalq mahnılarının müasir səpgidə təqdim olunan variantlarından tutmuş ta caz
klassikasına qədər. Belə bir proqramı mənimsəmək müşkül məsələdir. Vaqif
görəndə ki, biz yorulmuşuq, bu isə tez-tez olurdu, başlayırdı dünya cazının inkişaf
perspektivlərindən söhbət eləməyə. Və o, asanlıqla və qəribə şəkildə dünya cazının
problemlərini bizim gündəlik planlarımızla, vəzifələrimizlə uzlaşdırırdı. Bu söhbətlər
bizim yorğunluğumuzu aradan götürmək üçün ən yaxşı vasitə idi”.
92
Yorğunluq... Siz nə deyirsiniz? Ürəyi xəstə adama da heç yorulmaq olar? Daim
validol və nitroqliserin qəbul edən birisi üçün yorulmaq aşkar ölüm demək de-
yilmi? Vaqif, gör necə ağrıyırdı ki, siqaret çəkməyi tərgitmişdi və pəhriz saxlayırdı.
Düzdür, özü bunu boynuna almırdı. Söyləyirdi ki, pəhriz qaydalarına həkimlərin
ucbatından yox, səhnəyə görə əməl eləyir. Söyləyirdi ki, səhnəyə çıxan adam üçün
formada qalmaq, səhnə tələblərinə uyğun görünmək zəruridir. Yeri gəlmişkən, elə
bu “formada qalmaq və səhnə tələblərinə uyğun görünmək” Vaqifin məmurlarla
münasibətinin əngəlinə çevrilmişdi. Musiqiçinin “qərbli, burjua”* görkəmi onlara
bərk toxunurdu, sanki sillə kimi dəyirdi bu adamların üzünə. Onun uzun, lopa
firma” bığları, enli platformalı çəkmələri, əlvan, rəngbərəng köynəkləri məmurları
*
Elza xanım danışırdı ki, gənc yaşlarında
Vaqifin ədabaz geyimlərə meylinə görə
onu “amerikalı” deyib çağırırdılar.