144
qıcıqlandırıb hövsələdən çıxardırdı. İş o yerə çatırdı ki, onun qarşısına şərt qoyur-
dular: TV-də görünmək istəyirsə, bığlarını qırxmalıdır; çünki onun ədabaz geyimi
sovet artistinin obrazını urvatdan salır, sovet artistinin imicinə xələl gətirir. Bu “stilyaqa”
qiyafəsində onu xarici qastrol səfərlərinə göndərmək heç yaramaz: gedər, Azərbaycan
mədəniyyətinin adını batırar. Kiməsə gülməli gələ bilər, amma o illərdə insan məcbur
olurdu ki, öz gücünü, enerjisini, sağlamlığını belə axmaq-axmaq məsələlərə sərf
eləsin, özünün dəblə geyinmək, müasir görünmək hüququnun müdafiəsində da-
yansın.
Yaxşı, siz Allah, unudaq bu məmurları. 1974-cü ildə Polşadan dəvət gəldi. Bu, Zbiqnev
Namıslovski, Mixal Urbanyak, Adam Makoviç, Urşuli Dudzyak, Yan “Ptaşin” Vrublevski,
Ancey Kurileviçin vətəninə əməlli-başlı bir səfər idi. O adları ki Sizə təqdim etdik, bar-
mağını hansına tərəf tuşlasaydın, onu ancaq caz elitasında tapardın. Deməli, yaman-
ca məsuliyyətli idi bu səfər. Əgər nəzərə alsaq ki, bu, İttifaq xaricinə birinci (və hayıf ki,
axırıncı) qastrolu idi Vaqifin, onda bu məsuliyyət psixoloji gərginliklə müşayiət oluna-
caqdı. O da ola Polşa: o ölkə ki, dünya musiqi proseslərinin avanqardında qərarlaşır.
Bu dəfə, “Sevil”in məşhurluğu məmurlara dəvəti “itirməyə” və ya “unutmağa” imkan
vermədi. Elza Mustafazadənin “üçqat enerji aparan” adlandırdığı məşqlər başlaya-
caqdı. Bu gərginlik nəyin bahasına başa gəlirdi Vaqifə, onu bir Allah bilir. “Təcili yar-
dım” günaşırı kəsdirirdi qapının ağzını. Bədən fiziki şəkildə dözmürdü işin ağırlığına.
Yuxusuzluq xroniki hal alırdı, əsəblər tarıma çəkilib gərilirdi, Vaqif gah onu sınayırdı,
yoxlayırdı, gah bunu: bu gün səhv eləyirdi, sabah səhvini düzəldirdi: bir gün tapırdı
istədiyini, əhvalı babatlaşırdı; o biri gün uğursuzluqla üzləşirdi, qanı qaralırdı. Beləcə
yaşayırdı o bu müddət ərzində: “Vaqifdə nə vaxt nəsə alınmırdısa, bərk əsəbiləşirdi.
Bu məqamlarda gərək ona dəyib toxunmayaydın. Bir də görürdün ki, gecə qalxdı
ayağa, yaxınlaşdı royala və başladı nəsə çalmağa, dınqıldatmağa, oxumağa. Məni
oyadırdı, bölüşürdü, məsləhətləşirdi. Onun gözəl bir cəhəti vardı: ətrafdakıların fikrini
dinləməyi bacarırdı və onların arasından seçib ən qiymətlisini götürürdü. Polşa qastrol-
ları ərəfəsində üçqat enejilə məşq edirdik. Biz bilirdik ki, polyakların gözəl caz məktəbi
var və onların cazdan yaxşı başı çıxır. Məsuliyyəti hiss edib heç kim şikayətlənmirdi.
Vaqifə baxanda isə onun işləmək şövqü, vəcdi əlüstü bizə də sirayət eləyirdi. Adi
gündəlik həyatda Vaqif böyük bir uşaq idi: sadəlövhcəsinə hər şeyə tez inanırdı; ciddi
şəkildə küsməyi bacarmırdı, uzun zaman incik qala bilmirdi. Anlamırdı ki, ikiüzlülük
nədir: necə ola bilər ki, hörmət eləmədiyin adamla ünsiyyət saxlayasan. Amma elə
ki işləmək, peşəkarlıq məsələsi gəlib çıxırdı ortaya, sərt, rəhmsiz, daşürəkli olurdu və
tələb eləyirdi ki, tapşırıq hər xırdalığına qədər yerinə yetirilsin” (Elza Mustafazadə).
93
VİA “Sevil” (Val/ 1975/ Мелодия )