148
Amansızlıqla yaxınlaşırdı qastrol müddəti və kollektivi daha çox qısnayırdı: musiqi
rəhbərinin fikrincə isə görüləsi, düzəldiləsi hələ çox işlər vardı. Hər mahnını, vokalizi
və ya instrumental kompozisiyanı takt-takt öyrənmək lazım gəlirdi. Elə ki əməlli
bir şey alınmırdı, Vaqif özü oxumağa başlayırdı: intonasiya və ritm baxımından elə
düzgün, elə dəqiq oxuyurdu ki, onun ardıyca oxumaq bir o qədər də çətin və
mürəkkəb olmurdu. Onun bu cür mahnı “ifaçılığını” “Sevil”in qızları hələ indinin
özündə də rəğbət hissilə xatırlayırlar.
Ümumiyyətlə, Mustafazadə, hər bir böyük caz ustadı kimi, alətin başına elə bir
oyun” açmağa qabil idi ki, hər hansı bir digər musiqiçinin eyni zamanda həm
heyrətinə səbəb olurdu, həm də peşəkar həsədinə, paxıllığına. Bu, heç bilirsiniz nə
deməkdir? Təsəvvür edin ki sol əllə müəyyən bir ritmdə akkord götürülür, sağ əllə
isə başqa bir ritmdə improvizə çalınır, ayaqla ağlagəlməz sinkopalar yerinə yetirilir,
vokal passajlar isə öz ritm strukturunda gəlişir. Və bütün bu “bazar” mahircəsinə
uzlaşdırılıb idarə edilir.
94
Yeri gəlmişkən, caz ustadları, heç də pis müğənni deyillər. Hətta balaca səs dia-
pozonuna malik ola-ola, onlar asanlıqla dolaşıq melodiya və ritm fiqurasiyalarını
göstərə bilirlər. Onların vokal istedadları qəfildən, əksərən məşqlər zamanı üzə çı-
xır: o zaman ki, caz ustadı başlayır müğənnilərə hansısa vokal effekt və ya hansısa
passajı necə oxumaq tələb olunduğunu əyani şəkildə nümayiş etdirməyə. O da
mümkündür ki, cəm-seyşndə caz ustadı improvizəyə uyub aşağı və xırıltılı səslə,
amma özünəxas intonasiya və ritm duyğusu ilə oxusun.
Vaqif də bu vokal “əllamələrə” mütəmadi “imza atırdı”, amma heç vaxt peşəkarcasına
olmayanı peşəkarlıq əvəzinə sırımırdı, bir dəfə də olsun konsertlərdə fortepiano
modulyasiyalarından səs modulyasiyalarına keçmirdi.
Üçqat enerji”nin nəticəsi bu oldu ki, geniş proqram hazırlandı və özünə inam hissi
yarandı. Polşa fəth edildi.
Polşa qastrollarına biz yaman böyük məsuliyyətlə yanaşdıq və hazırlaşdıq necə
lazımdı... Uğur qazanacağımıza arxayın idik. Amma yenə olsun, bizi Varşava,
Qdansk, Katovitsa şəhərlərində alqışlayanda bir xoşbəxtlik duyğusu yaşadıq. Bu
səfərin ən parlaq xatirəsi Beynəlxalq Gənclər Düşərgəsində verdiyimiz konsertdən
qaldı. Bizi xəbərdar elədilər ki, burada Avropanın “əjdaha” musiqiçiləri çıxış eləyiblər
və auditoriya öz hisslərinin ifadəsində çox sərbəstdir, heç nə ilə hesablaşmır.
Vaqif Mustafazadə. “Caz-trio”
(
Val/ 1974/ Мелодия )