149
Yəni xoşlarına gəlməsə, günahı özünüzdə görün. Belə əcayib “xeyir-dua” bizi,
əlbəttə ki, həyəcanlandırdı, amma eyni zamanda cilovumuzu yığdı. İndi bir çox xır-
dalıqlar huşumdan çıxıb. Amma o yadımdadır ki, konsertə yığışmış bir neçə minlik
kütlə bir-birini qucaqlayıb yırğalanırdı, bərk-bərk əl çalırdı və bizə dəstək verirdi,
fərəhini, vəcdini açıq bildirirdi. Vaqifin solo improvizələri başlayanda isə alqışlar gur-
laşırdı, dayanmırdı. Bu qastrol səfəri bizi inandırdı ki, “Sevil”in yolu doğru yoldur”
(
Elza Mustafazadə).
95
Polşadan sonra, düşünmək olardı ki, bu istiqamətdə iş davamlı olacaq. Çünki
bir tərəfdən yeni proqramların hazırlığı gedirdi, o biri tərəfdən isə 1975-ci ildə
Мелодия” firması ansamblın yeni diskini buraxdı. Hər yerdən də dəvətlər,
təkliflər tökülüb gəlirdi, səfərlər, konsertlər planlaşdırılırdı. Deməli, irəli
getmək, inkişaf etmək və uğurların sayını artırmaq gərəkir. Di gəl ki, bunun
əvəzinə 1977-ci ildə “Sevil” öz varlığına xitam verir, fəaliyyətini dayandırır. Bax,
bu sualın cavabı... az sonra... Hələliksə qrupun vokalçısı Dilarə Cahangirova-
dan bir fikir: “Məncə, “Sevil”lə işləmək onu bezdirirdi, sıxırdı, cana gətirirdi:
solo proyektlər Vaqif üçün daha mühüm idi... təmiz caz onu daha çox maraq-
landırırdı”.
96
Caz-rok və fyujn
Həqiqətən, Vaqifin “Sevil” proyektində iştirakı nə qədər uğurlu, məhsuldar alınsa da,
onun sənətinin baş hərfi, magistral istiqaməti instrumental caz idi. Odur ki, VİA-da
çalışmaq nəinki onun əsas marağını pərdələyirdi, hətta ona yardımçı olub nəyisə sti-
mullaşdırırdı. Nə ki vokalda gerçəkləşmirdi, instrumental musiqidə
97
kompensasiya
edilirdi. Vaqiflə dostluq eləyən onun yaxın həmkarı David Koyfman, ümumiyyətlə,
elə hesab eləyirdi ki, Mustafazadənin bütün çalğısı mahiyyətcə yalnız “instrumental
improvizədir”.
Sevil”də fəaliyyət zamanı VİA-dan ayrı, müstəqil şəkildə buraxılmış (1971, 1974, 1975)
diskləri öz dəyəri etibarı ilə vokal uğurlarla yanaşı qoymaq olmaz. Hər bir belə val
Vaqif yaradıcılığının növbəti mərhələsi olurdu, caz-muğam üslubunun inkişafında
müəyyən yüksəliş pilləsinə çevrilirdi. Bu disklərə yazılmış hər kompozisiya müasir ca-
zın yeni tendensiyaları istiqamətində musiqi dilinin tərəqqisinə yönəlmişdi. Onlardan
bəziləri isə, – məsələn, “Klavişlər, fırçalar və simlər”, “Mart ayı”, “Ritm”, “Sevil”, “Muğam”,
Moskvada” kompozisiyaları, – praktiki şəkildə həməncə sovet cazının qızıl fonduna
daxil oldular və milli caz klassikası kimi tanındılar.
Vaqif Mustafazadə. “Caz kompozisiyaları”
(
Val/1975/ Мелодия)