150
Əgər 1971 və 1974-cü illərin diskləri kontrabas və zərb alətlərilə yazılmışdısa, 1975-ci
ilin diskində yalnız solo ifa var. Bir çox pyeslərdə “laylanma” üsulundan istifadə edil-
mişdi: fortepiano partiyası elektroorqanın üstündən yazılırdı. Bu isə ikili ritm, paralel
improvizələr effekti yaradırdı. Hərçənd əksər hallarda orqana ritm və harmoniya özülü
kimi yanaşılırdı. Solo plastinkanın annotasiyası bu sözlərlə başlayır: “Elə olur ki, mu-
siqini dinləyirsən və özünü külçə tapmış qızılaxtaran kimi hiss edirsən. Azərbaycanlı
pianoçu Vaqif Mustafazadəyə qulaq asanda səni məhz belə bir duyğu tərk eləmir”.
Qəşəng deyilib! Yalnız külçə külçə kimi qalıb dəyərini itirməyə bilər, əgər o, emal edilib
cilalanmırsa...
Yetmişinci illərin ortalarında həmin çağların caz aləmində kükrəyən “fövqəladə” dalğa
SSRİ-yə də gəlib çatır. Qəfildən caz elə bir janrla qaynayıb qarışır ki, caz dünyasının
Koltreyn, Arçi Şep, Albert Ayler, Sesil Teylor kimi simvolik və kompromisdən uzaq fiqur-
ları bunu heç bir vəchlə müttəfiq və ya yol yoldaşı qismində yaxına belə buraxmazdılar.
Rok-musiqisi özünün ritm, tonallıq və harmoniya yekrəngliyilə caz kompozisiyaları-
na və improvizələrinə radikal şəkildə uyuşmurdu: ona görə də güman etmək olardı
ki, əksinə, caz musiqisi akademik, ciddi, avanqard musiqiyə tərəf meyllənəcək. Çünki
özünə hörmət edən caz ifaçısı üçün rok kütləvi, gündəlik alınıb-satılan musiqi idi. La-
kin həddən ziyadə mürəkkəb, əksər hallarda ağlasığmaz və anlaşılmaz səslənmələrə
maraq ona gətirib çıxarırdı ki, kütlə cazdan üz döndərirdi, rok-n-rollun səmimi şıltaq-
lığına və güclü energetikasına üstünlük verirdi. Öz avtobioqrafiyasında Mayls Devis
qeyd eləyəcək: “Cazın əvəzinə xalq roka, – “Bitlz” coğasına, Elvis Presliyə, Litl Riçarda,
Çak Beriyə, Cerri Li Luisə, Bob Dilana, – qulaq asmağa başladılar; hamı dəli olurdu
Mo-taun” Leyblinin vallarından ötrü; Stivi Uander, Smouki Robinson, The Suprems,
Ceyms Braun təzə-təzə olsa da, xal yığırdılar artıq”.
98
Fikirləşirəm ki, dahilərdən,
ümumiyyətlə, birinci Devis idi ki, caz situasiyasının dəyişdiyini aydınca dərk eləmişdi:
“1964-
cü ildə musiqi... əməllicə başqalaşmışdı”.
99
Bu o demək idi ki, musiqidə çox şeyi
yenidən çözüb təhlilə çəkmək və dəyərləndirmək aktuallığı yaranmışdı. Mayls Devis bir
coğa toplayacaq ətrafına ki, həmin qrupun qismətinə yeni caz dövrünün az qala fatehi
olmaq missiyası düşəcək. Elə bircə bu coğanın tərkibində olan adlar nəyə desən dəyər:
Ueyn Şorter, Hörbi Henkok, Ron Karter, Toni Uilyams! Bu musiqiçilərdən hansına bar-
mağımızı tuşlasaq, onun caz aləmində inqilab elədiyini görəcəyik. Əlbəttə ki, belə bir
usta tərkibi olan caz kollektivi yalnız caz gələcəyinin perspektivlərini axtarmamalıydı,
birbaşa bu caz gələcəyini yaratmaq işinə girişməliydi, çalışmalıydı.
Devis dahi truba ifaçısı olmaqla yanaşı, həm də əla tərbiyəçi, yaradıcılıq prosesinin
təşkilatçısı və ideyaların generatoru olmağı da bacarırdı. Və bu adam – onun Allah-