151
sızlığına baxmayaraq! – kimlərdənsə, kimlər ki nəyisə ondan yaxşı bilib hiss eləyirdilər,
öyrənməyə utanmırdı: “Mən ruhlandırıcı idim, ata idim, orkestrin əlaqələndirici zəncir
həlqəsi idim, Toni isə yaradıcı qığılcım, alov; Ueyn ideyalar irəli sürürdü, bizim ide-
yalarısa konseptuallaşdırırdı; Ron və Hörbi isə kollektivin lövbəri funksiyasını yerinə
yetirirdilər. Mən, sadəcə, onları birləşdirib liderlik edirdim. Bu cavan uşaqlar məndən
öyrənirdilər, amma mən də onlardan nəyisə öyrənirdim; öyrənirdim yeni mövzuları,
yeni musiqini. Dahi musiqiçi olub dahi musiqiçi kimi qalmaqdan ötrü gərək həmişə
yeniyə, bax, bugün, bax, indicə nə baş verirsə, bax, həmin ona açıq olasan. Bunların
hamısını “üyüdüb” içində əritmək bacarığını özündə saxlamaq zəruridir, əgər istəyirsən
ki, inkişaf edəsən və musiqini kütlələrə çatdırasan. Hansı sahədə olursa olsun, yaradıl-
cılıq və dahilik yaşdan asılı deyil: ya bu, səndə var, ya da bünövrəsindən olmayıb və yaş
onu əldə etməkdə heç kimə yardımçı ola bilməz. Mən başa düşürdüm ki, bizə tamam
fərqli bir şey tapmaq lazımdır... Bilirdim ki, mən əntiqə cavan musiqiçilərlə birlikdə caz
çalıram və onların ürəkləri daha sürətlə döyünür”.
100
Qəribə deyil ki, məhz Devis, əla “gənclik məktəbi” keçib 1969-cu ildə lentə aldırır,
1970-
ci ildə isə satışa buraxdırır ikili Bitches Brew (təqribi hərfi mənası: “Dişi şorbası”)
albomunu. Bu albom birmənalı qarşılanmasa da, musiqi aləmində müasir cazın ta-
rixi dövr yaratmış proyekti sayılır. Mayls bu proyektdə caz dünyasının, demək olar ki,
bütün ulduzlarını bir yerə yığır: Ueyn Şorter, Co Zavinul, Çik Koria, Con Maklaflindən
tutmuş ta Lenni Uayta, Billi Kobem və Cek de Conetə qədər...
Bitches Brewdən sonra caz əvvəllər yasaq edilmiş hansısa bir sərhəd zolağını adladı
və qadağan zonasına daxil oldu. O, öz şöhrətinin girovuna çevrildi və Devis çalışdı
ki, ekstremal yollarla onu xilas eləsin. Götürdü və cazı kütlə ilə, kütləvi mədəniyyətlə
qarışdırdı. Müasirliyin “xalis” cazçıları Devisə məhz bunu bağışlamırlar.
Bitches Brew caz-rok üslubunun cizgilərini tərtiblədi, formalaşdırdı, onu müasir ca-
zın istiqamətlərindən birinə çevirdi. Bitches Brew həmçinin fyujn imkanlarını aşkarladı.
Fyujn elə bir üslubdur ki, onun kompozisiya əsasını müxtəlif, əks və fərqli musiqi fak-
torlarının birgəliyi təşkil edir. Bir sözlə, fyujn “yaxşı təşkil edilmiş eklektika”dır.
Caz-rokla və fyujnlə Koltreyn, Ornet Kolmen, Teylor kimi musiqiçilərin sənəti
klassikaya çevrilərək keçmişə dönür. İndən beləsinə dünya cazının liderləri yeni
istiqamətlərin musiqiçiləridir. O musiqiçilər ki, caza təkcə “yasaq” və “yabançı”
elementləri gətirmədilər, həm də elektron aparaturanın imkanlarından istifadəni
aktuallaşdırdılar. Cazın sərhədləri genişlənir. Fyujn istiqamətinin imkanlarında isə
Mayls Devis