154
onun içində yaşayırdı, əgər Vaqifin bütün yaradıcılığı haradasa sezilməz bir şəkildə
Hacıbəyli musiqisi ilə aşılanmışdı?!
Mustafazadə həmişə Azərbaycan bəstəkarlarının əsərlərini çalıb. Bu dairə o qədər
geniş idi ki, adların adicə sadalanması belə xeyli yer tutacaq. Bu sıradan o, tez-
tez ifa eləyirdi Səid Rüstəmovun, Ramiz Mirişlinin, Cahangir Cahangirovun, Vasif
Adıgözəlovun, Ramiz Mustafayevin, Adil Bəbirovun, Tofiq Babayevin, Zakir Bağıro-
vun, Rüstəm Rüstəmzadənin, Arif Mirzəyevin, Ağabacı Rzayevanın pyeslərini, mah-
nılarını... Xüsusilə yadda qalan olmuşdu Fərəc Qarayevin “Üç lya” kompozisiyasının
yozumu: Vaqif bu kompozisiyanı caz instrumentallığı ilə kamera əsərinin bir-birinə
nüfuz etdiyi sərhəddə çalmışdı.
Vaqif böyük bir rəğbətlə yanaşırdı Arif Məlikova və onun “Suita”sını tez-tez öz kon-
sert proqramlarına daxil edirdi. Bəstəkarlar İttifaqında Arif Məlikovun Dördüncü
simfoniyasını dinlədikdən sonra o, onlarla kompozitorun qarşısında aşkarcasına
bəyan elədi ki, bu simfoniya son illərdə onun eşitdiyi ən yaxşı əsərlərdən biridir.
Pianoçu Azərbaycanın iki dahi bəsrəkarı Qara Qarayevlə Fikrət Əmirovu da son
dərəcə yüksək qiymətləndirirdi. “Sevil”də işlədiyi çağlarda Vaqif mütəmadi şəkildə
Fikrət Əmirovun mahnılarından repertuarda bol-bol yararlanmışdı. O, hesab eləyirdi
ki, “Əmirov musiqisinin ritm və həng quruluşu müxtəlif harmoniya oyunlarına, caz
improvizələrinə asanca tabe olur”; deyirdi ki, “Əmirovun mahnıları caz-muğam üs-
lubunda improvizələrə orqanik şəkildə uyuşur”.
101
Onu zəngin Əmirov melodizmi
valeh etdiyindən Vaqif özünün improvizə quramalarında bəstəkarın musiqisinin
məhz bu tərəfini önə çəkirdi.
Vaqif üçün akademik müəlliflər cərgəsində cazı ən mükəmməl bilən şəxsiyyət, təbii
ki, Qara Qarayev idi.
1950-
ci illərdən etibarən Qara Qarayev öz əsərlərinə caz musiqisinin elementlərini
də qatmağa başlayır: əvvəlcə “İldırımlı yollarla” baletində, sonra isə “Qudurğan qas-
konlu” müziklində. 1958-ci ildə dahi qara amerikalı şair Lenqston Hyuzun sözlərinə
səs və caz orkestri üçün “Üç noktyurn” əsərini yazır. Onun fortepiano üçün XXIII Pre-
lüdi “addımlayan fortepiano” manerasında bəstələnmiş tipik caz pyesidir. Nəhayət,
Qarayevin əla “İmprovizə”si: buradakı zərif neoklassist üslubiyyət Afrika və Kuba
ritmləri və impressionist caz səslənmələrilə birgəlik təşkil eləyir.