155
İmprovizə” həm estrada orkestrləri, həm fortepiano üçlüyü, həm də rok qruplar
tərəfindən çalınıb. Amma onun ən mahir ifaçısı Mustafazadə olub. Vaqifin varian-
tında “İmprovizə” çox incə, duyğusal və şəffaf bir çalğı idi.
İmprovizə”dən əlavə Mustafazadə öz konsertlərində tez-tez “Yeddi gözəl” baletindən
Vals, “Don Kixot” simfonik qravürlərindən fraqmentlər, “İldırımlı yollarla” baletindən
ayrı-ayrı temalar səsləndirirdi. Onu da demək lazımdır ki, dahi Qara ilə ünsiyyət hər
iki musiqiçiyə həzz verirdi. Qara Qarayev Vaqifə həmişə mehribancasına yanaşırdı,
yaradıcılığını diqqətlə izləyirdi. O zaman ki, Qaraya cazla bağlı nəsə bir məlumat
almaq lazım olurdu, dahi Qarayev heç bir kompleks yaşamadan öz cavan həmkarına
məsləhət üçün müraciət edirdi. Elə Rauf Hacıyev də onun kimi. Danışırdı ki, cazla
ilişikli sualına Mustafazadədən həmişə tam və dolğun cavab alıb. Səksəninci illərin or-
talarında biləndə ki, pianoçu haqqında balaca bir monoqrafiya çapa hazırlanır, əlüstü
demişdi: “Bu adam onun barəsində cildlərin yazılmasına layiqdir”.
102
Rauf Hacıyevin əsərlərini isə “Orero” ilə də, “Qafqaz” triosu ilə də, “Sevil” vokal-instru-
mental ansamblı ilə də, Bakının digər instrumental coğaları ilə də çalırdı Vaqif. Amma
o, Tofiq Quliyev qədər Azərbaycan bəstəkarlarından heç kimi ifa eləməmişdi.
Ümumiyyətlə, Tofiq Quliyev təkcə Azərbaycan cazının ayrıca bir səhifəsi deyil. Onun
Mustafazadə ilə münasibətləri də gözəl bir tarixçədir. Və burada təəccüblü heç nə
yoxdur: çünki məhz Quliyev cazı “çəkib xalq içinə apardı”; çünki məhz Quliyev hələ
otuzuncu illərin sonunda caz sənətilə milli musiqinin sintezinə eyham vurdu, caz-
muğam gələcəyini öncədən gördü. Vaqif həmişə fikirlərini, planlarını Tofiqlə bölüşür-
dü, yeni temaları, kompozisiyaları həvəslə ona göstərirdi. Ölümündən qabaqsa bir
disk yazdırmışdı: “Tofiq Quliyevin temalarında caz improvizələr”. Bu haqda az sonra.
İndi isə həmin vala annotasiya yazmış maestro Niyazidən bir sitat: “Sovet cazı dün-
yaya xeyli parlaq pianoçular verib ki, onların sənəti çox-çox uzaqlarda tanınır. Lakin
mübaliğəsiz söyləmək olar ki, onların bu nəsli cərgəsində ən istedadlısı və ən işıqlısı
bəstəkar və pianoçu Vaqif Mustafazadədir”.
Vaqifdən soruşanda ki, nə üçün öz şəxsi maraqlarının zərərinə, öz vaxtı bahasına o,
çıxışlarında milli bəstəkarların əsərlərinə bu qədər yer ayırır, şübhəli-şübhəli mənə sarı
baxıb dedi: “Mənim məqsədlərim arasında üstünlərindən biri odur ki, Azərbaycan
müəlliflərinin yaradıcılığını təbliğ edəm və şöhrətləndirəm”.
Daha burada əlavə etməyə bir şey qalmır.
Vaqif Mustafazadə. “Tofiq Quliyevin
temalarında caz improvizələr”
(
Val/1980/ Мелодия)