14
Tofiq Quliyev və Pərviz Rüstəmbəyov
Bakının ürəyidir İçəri Şəhər. Şəhər elə Qala divarlarının içi olub bir vaxt. Bütün köhnə
Bakı bu Qala divarlarının arasına sığışıb haçansa. Mustafazadə Vaqif Əziz oğlu
1940-
cı ilin 16 martında, bax, elə burada dünyaya gəlib, balaca birotaqlı mənzildə.
Düppədüz bir il bundan öncə isə, yəni 1939-cu ildə bəstəkar Tofiq Quliyevlə maestro
Niyazi Azərbaycan Dövlət Caz Orkestrini yaradıblar. Bu orkestrdə güclü mis coğa
(
üç truba, üç trombon və beş saksofon) dayanaqlı ritmik və harmonik karkasa (royal,
gitara və zərb alətləri) söykənirdi. Tofiq Quliyev əvvəllər Moskvada şöhrəti hər yana
yayılmış Aleksandr Sfasmanın caz orkestrində mükəmməl məktəb keçmişdi, yaxşı caz
təcrübəsi yığmışdı və ona heç də çətin olmadı kollektivdə keyfiyyətli, uzlaşdırılmış
səslənməni təmin etmək. Hərçənd o zaman hesab edilirdi ki, bu, heç də asan iş deyil.
Axı, caz bizdə hələ təzə-təzə yaranırdı, caz ifaçısı peşəsi də yenicə musiqi lüğətində
özünə yer tapırdı.
Quliyevin sözlərinə görə, çətini musiqiçiləri başa salmaq idi ki, “böyük heyətlərdə
mənim solo ifama mane olma
prinsipi qəbuledilməzdir və hər bir improvizə an-
sambl ritminə və müşayiətinə uyğun gəlməlidir”.
6
1939-
cu ildə bəstəkar Tofiq Quliyevlə
maestro Niyazi Azərbaycan Dövlət Caz
Orkestrini yaradıblar