166
Fəslin sonunda bir neçə söz də kimdən deyək, kimdən deməyək, əlbəttə ki, bir daha
Rafiq Babayevdən. Daha doğrusu, onun haqqında yox, layihə haqqında. Bu layihə
gerçəkləşsəydi, olsun ki, Azərbaycanın öz milli caz antologiyası meydana gələcəkdi,
müəyyən dərəcədə fərqli caz-muğam üfüqlərini aşkarlayacaq yeni tarixi mərhələ or-
taya çıxacaqdı. Axı bu layihəni milli caz tarixinin iki ən qüdrətli musiqiçisi reallaşdıra-
caqdı.
Bizim Vaqiflə fikrimiz vardı ki, birlikdə disk yazdıraq. Bu haqda çox düşündük və belə
bir nəticəyə gəldik ki, bizim val müxtəlif planlı olmalıdır. Orada Azərbaycan xalq mah-
nı melodiyalarının caz quramaları, sovet caz bəstəçilərinin pyesləri, onun və mənim
əsərlərim, xarici caz musiqisinin ən yaxşı nümunələri özünə yer almalıdır. Üslub ba-
xımından disk suinqdən caz-rok və fri-caza qədər tamam caz antologiyasını əhatə
etməlidir. Təəssüf, bütün bunlar yalnız layihə olaraq qaldı” (Rafiq Babayev).
103
Vaqif və cazmenlər
Cəm-seyşn xoşməramlı aksiyadır, mehribanlıq atmosferidir, rahatlıq və dostluq at-
mosferidir, dinləyicilərin və ifaçıların birgəlik atmosferidir; elə bir atmosferdir ki, bura-
da tanınmış metr yaradıcılığa təzə başlayan musiqiçinin hər hansı bir azacıq uğurlu
passajını dəstəkləyib alqışlaya bilər. Lakin bütün hallarda cəm-seyşn şəxsiyyətlərin
yarışıdır, peşəkar ustalığın yoxlanılmasıdır, caz məktəbinin parametrləti üzrə sınaqdır.
Cəm-seyşndə ekstravaqant, etnik, epataj və ya həddən ziyadə ağıllı bir nəsnəni əlində
bayraq tutub işləmək olmaz; burada heç kimin qulağına girmir ki, sən belə caz çala
bilirsən, ya yox; və sən burada deyə bilməzsən ki, əgər başqa bir şey çalsaydıq, mən
sizə göstərərdim... “Cəm”də belə-belə şeyləri yaxına qoymurlar və bu, təkəbbürlü
gülüşdən başqa bir reaksiya oyatmır. Temanı götürdük, akkordları götürdük, gitaraları
köklədik, ritmə düşdük, vəssəlam: daha şikayət qəbul olunmur! Bax, bu biz, bu sən,
bu da sadə sözlə ifadə olunan bir şey – “caz”. Hə, indi, zəhmət çək, giriş! Əgər girişə
bilmirsənsə...
Əgər sən “cəm”in istisini, qarını, yağışını, sazağını görmüsənsə, daha heç nədən
qorxma və öz caz yolunu davam elətdir. Əgər səninlə “cəm” çalmağı özlərinə şərəf
biləcəklərsə və bu haqda qürurla danışacaqlarsa, arxayın ol, deməli, sənin caz taleyin
yüz faiz alınıb.
Cəm-seyşndə Vaqiflə birgə çalmaq ali caz şərəfi sayılırdı və bütün ömürə bəs
edən tarixi yaddaşa çevrilirdi. Moskvanın və Piterin (o zamanlar Leninqradın) caz-