167
klublarında mənə danışırdılar ki, Mustafazadə konsertlərə gələndə onunla “cəm” çal-
maq istəyənlərin əlindən rahatlıq olmurdu. Səksəninci illərin əvvəllərində öz “Arsenal”ı
ilə birgə Bakıda qastrol səfəri keçirmiş Aleksey Kozlov hər çıxışında vurğunluq və hey-
ranlıqla qeyd edirdi ki, Vaqiflə “cəm” çalmaq nə qədər maraqlı, nə qədər məsuliyyətli
idi. Eyni mənzərəni qastrol marşrutu üzrə sıralanan Tiflis, Donetsk, Tallin, Kiyev, Xar-
kov, Novosibirsk, Riqa kimi şəhərlərdə də müşahidə etmək olardı. O illərdə, demək
olar ki, bütün məşhur sovet caz ifaçıları Vaqiflə birgə “cəm” çalmışdılar. Məsələn,
pianoçular Boris Rıçkov, Yuri Saulski, İqor Bril, Anatoli Kroll, Vyaçeslav Qanelin, Ni-
kolay Levinovski, Mixail Okun, bizim bakılı Vaqif Sadıxov: universallar Uno Naysoo,
David Qoloşyokin, Pyotr Petruxin; saksofonçular Aleksey Zubov, Konstantin Nosov,
Gennadi Qoldşteyn, Aleksandr Oseyçuk, Sergey Qurbeloşvili; kontrabasçılar Alek-
sey İsplatovski, Viktor Dvoskin, Valeri Kutsinski, Vladimir Denejnı; perkussionistlər
Yuri Genbaçyov, Viktor Yepaneşnikov, Vladimir Vasilkov, Valeri Bulanov, Valeri Kap-
lun, David Caparidze. Qərbin “cəm” təcrübələrini də mənimsəmişdi Mustafazadə:
Texas ştatının caz-orkestri, Bi Bi Kinq qrupunun solistilə, alman pianoçusu Horst
Yankovskilə, Günter Şullerin kollektivinin uşaqları ilə “cəm” çalmışdı Vaqif. Özü də
o, Telonius Monkun Bemsha Swinq kompozisiyasını elə ifa eləmişdi ki, “üçüncü
istiqamət”in lideri Şuller heyranlıqla əl çalaraq demişdi: “Əgər Monk sağ olsaydı,
təşəkkürünü özü bildirərdi Sizə”.
104
Bir vaxt Mustafazadə çalışırdı ki, caz intellektualı, cazın dərin bilicisi, kompromisə
getməyən bir musiqiçi, “Kadans” coğasının yaradıcısı German Lukyanovla, Moskvanın
bir nömrəli truba ifaçısı ilə birlikdə bir disk buraxdırsın. Bu haqda Elza xanım belə
deyir: “Moskvaya haçan gəlsəydik, Vaqif imkan tapıb mütləq Lukyanovla görüşürdü.
Öz əsərlərini ona göstərirdi, Lukyanovun çalğısını dinləyirdi. Bir-birinə hörmətlə ya-
naşırdılar, bir-birinin məsləhətinə qulaq asırdılar, mübahisə edirdilər, birgə improvizə
içində bulunurdular. Sonuncu dəfə biz Lukyanovun qonağı olduq. Və Vaqif onun
temalarından birini bəyəndi və qərara gəldi ki, öz heyəti üçün düzüb qoşsun. Onlar
belə bir ideya da ortaya atdılar ki, birgə val buraxdırsınlar. İdeya elə ideya olaraq
da qaldı: gerçəkləşmədi. Vaqif hesab eləyirdi ki, Lukyanov ən maraqlı və ən səmimi
musiqiçilərdən biridir”.
105
Azərbaycan pianoçusunun həyatında sadəcə əməkdaşlıqdan savayı daha böyük
bir nəsnə vardı: dostluq. Tamaz Kuraşvili ilə dostluq. Gürcü balası ilə dostluq. Bakı
və Tiflis musiqiçilərinin nadir qarşılıqlı duyumla fərqlənən Bakı, Tiflis, Moskva çıxışları
yaddaşlarda qalıb. 1978-ci ilin Beynəlxalq Caz Festivalında Tiflisin qonağı olmuş
polşalı mütəxəssis Pavel Brodovski bu duetin ustalığını xüsusi qeyd eləmişdi.
106