168
Vaqif 1979-cu ildə Kuraşvili ilə birgə “Caz kompozisiyaları” adlı ikili albom buraxdır-
dı. Bu albomda zərb alətlərini moskvalı Nikolay Boldırev səsləndirirdi. Mustafazadə
dəfələrlə söyləmişdi ki, onun üçün Tamazla birlikdə improvizə çalmaq asandır, çünki
o, caz sənətinin bütün incəliklərini əla duyur.
Vaqifin ölümündən sonra Kuraşvilinin təşəbbüsü ilə Gürcüstanın paytaxtında
Mustafazadə musiqisinə həsr olunmuş gecələr keçirələcək. Bakıya gəlib Azərbaycan
televiziyası ilə çıxış eləyən Tamaz isə kədərlə deyəcək: “Mən Vaqifi böyük bir musiqiçi
və əla dost kimi çox istəyirdim. Mənim qarşımda caz dünyasının qapılarını açmış bir
insan kimi onu dəyərləndirirdim”.
107
Muğam”
1977-
ci il iki hadisə ilə Vaqif üçün əlamətdar olmuşdu. Əvvəla, ona, nəhayət ki, yeni,
nisbətən böyük bir mənzil vermişdilər və onun sərbəst məşq eləmək imkanı xeyli
artmışdı.Bu olay son dərəcə yerinə düşmüşdü: çünki 1977-ci ildə Azərbaycan Dövlət
Filarmoniyasının nəzdində “Sevil” qrupundan sonra “Muğam” coğası yaradılmışdı.
Üstündən bir neçə ay ötüncə, – yaxşı məşq şəraiti, gör bir nə deməkdir! – Vaqif
Muğam” coğası ilə birgə o konsertlər proqramını hazırladı ki, biz monoqrafiyamızın
əvvəlində onu Azərbaycan cazı üçün
tarixi
bir fakt kimi dəyərləndirmişdik.
108
Olsun ki, öz doğma şəhərində Mustafazadə hələ bu cür uğur qazanmamışdı. Üç gün
ağzınacan dolu konsert salonları. Artıq bilet soruşanların sırası Filarmoniyadan yüz
metr qabaqda düzülmüşdü. Üç gün idi ki, insanlar qapılarda, keçidlərdə, balkonlarda
dayanıb dururdular və ya yorulub döşəmədə əyləşirdilər. Kimlərsə imkan tapıb bir
stulda iki-iki otururdular. Daha cavan və zirəklər belyetajın pilləkənlərində özlərinə yer
eləyirdilər. Kiməsə kulis arxasına keçmək xoşbəxtliyi nəsib olurdu, kimsə səhnə fəhləsi
kimi geyinib bir təhər özünü içəri salırdı. Camaat, xüsusilə də, cavanlar hər cür hoq-
qabazlığa əl atırdılar, təki bayırda qalmasınlar, təki heç nəyi gözdən qaçırmasınlar, təki
hər şeyi eşitsinlər. Üç gün dalbadal hər konsert nömrəsindən sonra tamaşaçı salonu-
na sakitlik çökürdü və birdən bu sakitlik alqış qığılcımlarından odlanıb əriyirdi. “Bis”
çağırışlarına cavab kimi o qədər əsər çalınırdı ki, təkcə bu əsərlərdən ayrıca ikihissəli
konsert düzəltmək olardı.
Haradasa bu konsertlər Vaqifin və Rafiqin milli variantda caz antologiyası yaratmaq
arzusunu müəyyən mənada gerçəkləşdirdi: nədən ki, “Muğam” eyni dərəcədə rahat
və sərbəst şəkildə ən müxtəlif caz maneralarında musiqi ifa eləyə bilirdi. Elə həmin
136
Bu mənzilin alınma tarixçəsini Zivər
xanım dəfələrlə danışıb: “Bir kərə ope-
ra teatrında mən cəsarətimi bir yerə
toplayıb Heydər Əliyevə yaxınlaşdım
və dedim ki, mən məşhur caz musiqiçi-
si Vaqif Mustafazadənin anasıyam. Onu
Gürcüstandan qaytarıblar. Uzun illərdir ki,
mənzillə təmin edəcəklərinə söz verirlər,
amma ortada heç nə yoxdur: o yenə
əvvəlki kimi öz ailəsilə cəmi bir otaqda
yaşayır. Vəfa Quluzadənin yanına düşmək
mümkün deyil: o, yalnız kommunistləri
qəbul eləyir. Mənsə, Heydər Əliyeviç, parti-
yaçı olmayan bolşevikəm! Heydər Əliyeviç
gülümsünürdü, və göstəriş verdi ki, sabah
məni qəbul eləsinlər. Bir müddətdən sonra
Vaqif Torqovıda üçotaqlı mənzilə köçdü”
(
Zivər Əliyeva ilə şəxsi söhbətlərdən).